Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Markalanmalı və məcburi nişanlanmalı olan mallar ilə bağlı yeni qaydalar

Aksiz markalarının hazırlanması və tətbiqi qaydaları təsdiq edilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Markalanmalı və məcburi nişanlanmalı olan mallar ilə bağlı yeni qaydalar

Nazirlər Kabinetinin 14.02.2023-cü il tarixli 48 nömrəli Qərarı ilə  “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 48 №-li Qərarına dair izahında bildirilir:

Reklam_3_11

"Məlum olduğu kimi, dövlət tərəfindən kölgə iqtisadiyyatının miqyasının azaldılması, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirləri davamlı və ardıcıl olaraq həyata keçirilir. Həyata keçirilən bu tədbirlər müasir dövrdə informasiya texnologiyalarının aktiv şəkildə tətbiqini zəruri etmişdir.Bu məqsədlə İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidməti tərəfindən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi yaradılmış və tətbiqin bu sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.Belə ki, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sisteminin tətbiqi istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksiz markası ilə markalanmalı malların dövriyyəsinə nəzarəti həyata keçirməyə imkan verir ki, bu da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması ilə yanaşı istehlakçıların hüquqlarının qorunmasında da mühüm rola malikdir.“Təqib və İzləmə” Sistemi dünyanın bir çox ölkələrində müəssisə və təşkilatlar üçün strateji prioritetə çevrilmişdir. Belə ki, qeyd edilən Sistem təchizat zəncirlərinin təhlükəsizliyini və etibarlılığını yüksəldən həlləri işləyib hazırlamağa, rəqabətə davamlı mövqedə qalmağa imkan verir".

XXX

Nazirlər Kabineti “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nı təsdiqləyib.

Qaydalar qüvvəyə mindiyi tarixədək fəaliyyət göstərən, tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən subyektlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminə qoşulmaq barədə Dövlət Vergi Xidmətinin göndərdiyi bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində aşağıdakı qaydada fəaliyyət göstərirlər:

- tütün məmulatlarına Qaydalar qüvvəyə minənədək tətbiq edilən aksiz markası ilə yanaşı, Qaydaların tələblərinə uyğun olaraq məcburi nişanlama da tətbiq edilir;

- Dövlət Vergi Xidməti tərəfindən bu Qərarın 4 tələbləri nəzərə alınmaqla, nəzərdə tutulmuş müddətin başa çatması barədə Sistem vasitəsilə bildiriş göndərildikdən sonra tütün məmulatlarına markalar yalnız Qaydaların uyğun olaraq tətbiq edilir və qeyd olunan müddət ərzində sifarişçilər tütün məmulatlarına tətbiq edilmək üçün alınmış məcburi nişanlamaya görə “Dövlət rüsumu haqqında” qanuna olaraq dövlət rüsumundan azad olunurlar.

Qaydalarda nəzərdə tutulmuş müddət ərzində yarana biləcək qüsurların aradan qaldırılması məqsədilə Dövlət Vergi Xidməti həmin müddəti hər dəfə 1 (bir) aydan çox olmamaq şərtilə 5 (beş) dəfə uzada bilər.

Aksiz markası ksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası, məcburi nişanlama bu Qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər, DataMatrix kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkodu, əmtəənin qlobal identifikasiya nömrəsi (GTIN) qlobal standart (GS1) tərəfindən yaradılan, üzərində ştrix kodları və rəqəmləri əks etdirən, hər bir məhsul vahidini identifikasiya edən və məhsulun növündən asılı olaraq dəyişən unikal məhsul nömrəsi, Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sistemi ( Sistem) istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına (o cümlədən ictimai iaşə obyektlərində) nəzarəti həyata keçirən və bununla bağlı məlumatları (o cümlədən malların növünə və çeşidinə dair məlumat) qeydə alan informasiya ehtiyatıdır.

Toplu bağlama markalanmış malların saxlanılması və daşınmasının asanlaşdırılması məqsədilə kiçikhəcmli qablaş-dırmaların cəmlənərək komplektləşdiyi qrupdur.

Vergi Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı mallar (qablaşdırılmamış halda olan mallar istisna olmaqla) forması bu Qaydalara müəyyən olunmuş müvafiq marka ilə markalanır:

- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti);

- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları;

- şərab və şərab materialları;

- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan);

- tütün məmulatları;

- elektron siqaretlər üçün maye;

- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

-qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları;

- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Markalanmalı malların növündən asılı olaraq aşağıdakı markalar tətbiq olunur:

- içməli spirt, araq, pivə, habelə müsadirə olunmuş markalanmalı mallara - aksiz markası və məcburi nişanlama;

- tütün məmulatları, elektron siqaretlər üçün maye , istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri - bu markalanmalı mallara (müsadirə olunmuş mallar istisna olmaqla) - yalnız məcburi nişanlama

Aksiz markaları tətbiq edilən mallar mənşəyi və təyinatından asılı olaraq aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:

“Daxili istehsal” - Azərbaycan Respublikasının ərasizində istehsal olunan içməli spirt, araq və pivəyə (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;

“İdxal” - Azərbaycan Respublikasının hüdudlarından kənarda istehsal olunan və satış üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən olunan içməli spirt, araq və pivəyə (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası;

“Müsadirə” - məhkəmə qərarı ilə müsadirə edilmiş markalanmalı mallara tətbiq edilən aksiz markası. İdxal və ya yerli istehsal olmasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində rüsumsuz ticarət mağazalarında və ya azad (xüsusi) iqtisadi zonalarda satılan aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı mallara bu Qaydalarda nəzərdə tutulan markalar tətbiq edilmir.

Markalara dair ümumi tələblər bu Qaydalara Əlavə ilə müəyyən edilir.

Markaların sifarişi, çatdırılması barədə bildirişlərin verilməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi Sistem vasitəsilə həyata keçirilir.

Sistemdən istifadə hüququna aşağıdakı subyektlər malikdirlər:

- səlahiyyətli orqanlar (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (Komitə);

- sifarişçilər;

- markalanmalı malların satıcıları;

- markalanmalı malların istehlakçıları.

Operator Sistemdən istifadə hüququna malik şəxslərin real vaxt rejimində Sistemə çıxışına imkan yaradır. Operator markalanmalı malların istehlakçılarına müvafiq texniki vasitələrdən (mobil cihaz, planşet və digər) istifadə etməklə Sistemə inteqrasiya edilmiş mobil tətbiq vasitəsilə məcburi nişanlamanı skan edərək, markaları yoxlamaq və uyğunsuzluqlar barədə aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək imkanını yaradır. Sifarişçi Sistem istifadəçisi olan işçiləri və təsərrüfat subyektləri haqqında məlumatları (işçilərin soyadı, adı, atasının adı, təsərrüfat subyektlərinin ünvanı, fəaliyyət növü və s.) özündə ehtiva edən şəxsi kabinetini Sistemdə formalaşdırır və qeydiyyatdan keçirir. Sifarişçilər şəxsi kabinetə daxil olmaqla Sistemdən istifadə edirlər.

Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) növbəti təqvim ili üçün markalara olan tələbatına (aksiz markalarına münasibətdə aylar və mallar üzrə bölgü göstərilməklə) dair proqnoz məlumatları hər il iyul ayının 1-dək Sistemdəki elektron kabinet vasitəsilə Xidmətə təqdim etməlidir. Xidmət tərəfindən proqnoz məlumatları əsasında vergi ödəyicilərinin markalarla vaxtında təmin edilməsi və bununla bağlı xərclərin planlaşdırılması üçün tədbirlər görülür. Sifarişçinin aksiz markası üzrə təqdim etdiyi proqnoz məlumatlarında 30 faizdən çox dəyişiklik olduqda, Sifarişçi həmin markaları sifariş verməzdən 2 (iki) ay əvvəl dəyişikliyin səbəbini qeyd etməklə proqnozun dəqiqləşdirilməsi barədə Sistem vasitəsilə Xidmətə məlumat verməlidir.

Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları markalanmalı malların istehsalına başlamazdan, yaxud Azərbaycan Respublikasının ərazisinə idxal etməzdən əvvəl almalıdır.

Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları əldə etmək üçün elektron kabinet vasitəsilə aşağıdakı məlumatları əlavə etməklə Xidmətə müraciət edir:

- markalanmalı malların istehsalçıları tərəfindən istehsal ediləcək malların növü, sayı, qablaşdırma həcmi barədə məlumat;

- markalanmalı malları idxal edən şəxslərlə satıcı (vasitəçi) arasında bağlanılmış müqavilə və həmin müqavilənin əlavəsinin Azərbaycan dilində notarial qaydada təsdiq edilmiş surəti (müqavilə və onun əlavəsi Azərbaycan dilində tərtib edilmədikdə, həmçinin onların Azərbaycan dilinə tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti);

- markaların sayına müvafiq olaraq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti;

- qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qida Təhlükəsizliyi Reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın surəti (Xidmət həmin sənədi bu Qaydaların 6.4-cü bəndində qeyd edilən qaydada əldə edə bilmədikdə).

Qeyd edilən müqavilənin əlavəsində idxal ediləcək malların adı, həcmi, miqdarı (sayı) və eyni zamanda əlavənin aid olduğu müqavilə göstərilməlidir.

Qeyd edilən sənədin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənəd Sifarişçidən tələb edilmir. Həmin sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi Sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya Sifarişçi tərəfindən təmin edilir. Malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı (qurumu) (Xidmət istisna olmaqla) icra sənədini aldıqdan sonra markaları əldə etmək üçün elektron kabinet vasitəsilə aşağıdakı məlumatları əlavə etməklə Xidmətə müraciət edir:

- markalanmalı malların növü, sayı, qablaşdırma həcmi barədə məlumat;

- malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarının və müvafiq icra sənədinin surəti;

- müsadirə edilmiş aksiz markalarının sayına müvafiq olaraq markalara görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlərin surəti.

Sifarişçilərə sifarişin qeydə alınması barədə bildiriş real vaxt rejimində Sistem vasitəsilə göndərilir.. Xidmət sifarişçinin təqdim etdiyi müraciətə 3 (üç) iş günü müddətində baxır, həmin müddət ərzində sifarişin təsdiq olunması və ya ondan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində Sistem vasitəsilə sifarişçiyə məlumat verir. Sifarişdən imtina edilməsi barədə qərarı aldığı gündən qərarda qeyd edilən imtina halını aradan qaldırmaqla təkrar müraciət edə bilər. Təsdiq olunmuş sifarişə əsasən Xidmət markaların hazırlanıb sifarişçiyə təqdim edilməsi barədə Sistem vasitəsilə 2 (iki) iş günü müddətində operatora bildiriş göndərir.

Aksiz markaları aşağıdakı qaydada alınır:

- təsdiq edilmiş sifariş sifarişçi tərəfindən bu Qaydalara uyğun olaraq verilmiş illik proqnozun 130 faizi həddində olduqda, operator bildirişi aldıqdan sonra 5 (beş) iş günü müddətində aksiz markalarını hazırlayır və bu barədə sifarişçiyə Sistem vasitəsilə məlumat verir. Məlumatın verildiyi tarixdən aksiz markalarının sifarişçiyə təhvil verilməsi ən geci 5 (beş) gün müddətində təmin edilir;

- təsdiq edilmiş sifariş sifarişçi illik proqnozun 130 faizindən çox olduqda, operator sifarişin 130 faizə qədər hissəsinə münasibətdə tədbirlər görür, proqnozun 130 faizindən çox olan hissəsinə münasibətdə isə aksiz markalarının təchiz edilməsi tarixi barədə sifarişçiyə 3 (üç) iş günü müddətində Sistem vasitəsilə məlumat verir. Sifarişin təsdiq edildiyi gündən sifarişçilərin 60 (altmış) gün müddətində aksiz markaları ilə təchiz edilməsi təmin edilir;

- il ərzində yeni qeydiyyatdan keçən və ya bu Qaydaların 5.1-ci bəndində qeyd edilmiş tarixədək markalara olan tələbata dair proqnoz məlumatlarını təqdim etməyən sifarişçilərə aksiz marka-larının təchiz edilməsi tarixi barədə operator Sistem vasitəsilə bildirişi aldıqdan sonra 3 (üç) iş günü müddətində məlumat verir. Sifarişin təsdiq edildiyi gündən sifarişçilərin 60 (altmış) gün müddətində aksiz markaları ilə təchiz edilməsi təmin edilir;

- operator məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş mallara tətbiq edilən aksiz markalarını bildirişi aldıqdan sonra 30 (otuz) iş günü müddətində hazırlayır və bu barədə sifarişçiyə Sistem vasitəsilə məlumat verir. Məlumatın verildiyi tarixdən aksiz markalarının sifarişçiyə təhvil verilməsi ən geci 5 (beş) gün müddətində təmin edilir;

- çap olunmuş aksiz markaları gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra 3 (üç) gün müddətində operator tərəfindən Xidmətin müəyyən etdiyi saxlanc yerinə təhvil verilir. Xidmətin müəyyən etdiyi saxlanc yerində aksiz markalarının saxlanılması, sifarişçiyə və ya sifarişçinin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi mərkəzləşdirilmiş qaydada Xidmət tərəfindən təşkil edilir;

- idxal olunacaq markalanmalı malların Azərbaycan Respublikasının ərazisinə markalanmış halda idxalını təmin etmək üçün Xidmət sifarişçi tərəfindən alınmış aksiz markalarını idxal edilən malların istehsalçısına və ya bu malların Azərbaycan Respublikasının hüdudlarından kənarda satışına vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə həmin sifarişçinin hesabına göndərilməsini təşkil edir;

- aksiz markalarının Azərbaycan Respublikasının hüdud-larından kənarda olan istehsalçılara və ya bu malların Azərbaycan Respublikasının hüdudlarından kənarda satışına vasitəçilik fəaliyyətini həyata keçirən subyektlərə göndərildiyini təsdiq edən sənədlər aksiz markaları göndərildikdən sonra onların göndərilməsini həyata keçirən şəxs tərəfindən 5 (beş) iş günü müddətində Xidmətə təqdim edilməlidir.

. Aksiz markaları sifarişçiyə təhvil verildikdən sonra 1 (bir) il müddətində istifadə edilməlidir.

Məcburi nişanlama aşağıdakı qaydada alınır:

- təsdiq edilmiş sifarişə uyğun olaraq məcburi nişanlamanın alınması markalanmalı malların istehsalına başlamazdan əvvəl onları Sistemdən yükləməklə real vaxt rejimində həyata keçirilir;

- idxal olunacaq məcburi nişanlamalı olan malların Azərbaycan Respublikasının ərazisinə markalanmış halda idxalını təmin etmək üçün sifarişçi Azərbaycan Respublikasının hüdud-larından kənarda olan istehsalçıya məcburi nişanlamanı elektron şəkildə göndərə bilər və ya Sistemdən istifadə edərək məcburi nişanlamanın elektron formada əldə edilməsi üçün ona Sistemə giriş hüququ təqdim edə bilər.

Markalanma
16.02.2023 11:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ