Bank “BTB”-nin maliyyə göstəricilərində müsbət artım dinamikası davam edir
Bank “BTB” 3-cü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu dəfə də bank bütün göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlamışdır.
Qeyd edilib ki, cari ilin 9 ayı ərzində bankın xalis əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 3,8 milyon manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2023-cü ilin 9 ayının yekunları ilə müqayisədə 9% artaraq 9 milyon manat, qeyri-faiz gəlirləri 24% artaraq 4.3 milyon manat, xalis qeyri-faiz gəlirləri isə 78% artaraq 2.7 milyon manat təşkil etmişdir.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2024-cü ilin 9 ayı ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 133 müştəriyə 13.1 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 43 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir. Onuda qeyd edək ki, bu göstəricilər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20% artım deməkdir.
2024-cü ilin 3-cü rübünün sonuna Bankın məcmu kapitalı 51.4 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Cari il ərzində Bank “BTB” nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırmışdır.
Bankın ani likvidlik əmsalı isə 103% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 3 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
5 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
5 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
6 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
6 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























