“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
Azərbaycan və Çin Xəzərdə iri külək enerjisi layihələri üzrə müzakirələri davam etdirir. Çindaoda “PowerChina Group” və “Datang” şirkətləri ilə müzakirələr aparılıb.Çinin Çindao şəhərində “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazovla “PowerChina Group”un icraçı vitse-prezidenti Chen Guanfu və “China Datang Corporation Ltd.” şirkətinin sədr müavini Li Xiaofei arasında görüşlər keçirilib.
“PowerChina”nın icraçı vitse-prezidenti Chen Guanfu ilə görüşdə günəş elektrik stansiyası və Xəzər dənizinin Azərbaycan sektorunda “SOCAR Green”, “China Datang” və “PowerChina Resources Limited”in iştirakı ilə nəzərdə tutulan dəniz külək enerjisi layihələrinin icrasının cari vəziyyəti və inkişafı istiqamətində növbəti addımlar müzakirə edilib.
Görüşdə dəniz külək enerjisinin Azərbaycanla Avropa arasında elektrik enerjisi bağlantılarının inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
“China Datang” şirkətinin sədr müavini Li Xiaofei ilə görüşdə isə Azərbaycanda quruda günəş elektrik stansiyası layihəsinin hazırlıq vəziyyəti nəzərdən keçirilib. Layihə üçün ayrılmış torpaq sahəsində tədqiqatların başa çatdırıldığı və texniki-iqtisadi əsaslandırmanın hazırlandığı bildirilib.
Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisi layihəsi üzrə də əməkdaşlıq məsələlərinə toxunulub. İri dəniz külək enerjisi layihələrinin inkişafı və istehsal olunacaq elektrik enerjisinin ixracı üçün yeni transsərhəd elektrik bağlantılarının əhəmiyyəti qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 22 saat sonra
-
11 d. əvvəl
“SOCAR Green” və Çin nəhənglərinin Xəzərdəki enerji layihəsi müzakirə edilib
-
13 d. əvvəl
Paşinyan yeni Konstitusiya müzakirələri fonunda növbədənkənar seçkilərin keçirilməsini istisna etmir
- 39 d. əvvəl
-
58 d. əvvəl
Bakıda fabrikə məxsus əmlak kompleksinin satılması gündəmdədir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu ®
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Fitch” neft və qaz qiymətlərinin kəskin azalacağını proqnozlaşdırır - neft 65 dollara düşə, qaz iki dəfə ucuzlaşa bilər
Noyabrın 27-də gözlənilən hava şəraiti
Ermənistan hökuməti "TRIPP Development Company"nin yaradılması ilə bağlı saziş layihəsini təsdiqləyib
Ən çox oxunanlar
Azərbaycanın lizinq şirkətində ciddi dəyişikliklər – Dividend ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir
"İstehlak kreditlərinə tələb artıb"




























