Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə

İllik gəliri 10 milyon manatdan çox olan şirkətlərin nəzərinə – Yeni fürsət
AzVak-mobil_resmin_ustu_31
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Private Azərbaycanda altıncı dəfə keçiriləcək “Best Managed Companies Azerbaijan” proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Deloitte Private-ın beynəlxalq təşəbbüsü olan “Best Managed Companies” proqramı qabaqcıl idarəetmə təcrübələri və uğurlu biznes nəticələri ilə seçilən şirkətləri müəyyən edir və mükafatlandırır.

Dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilən proqram Azərbaycanda 2021-ci ildən təşkil olunur. Bu müddət ərzində proqramda 50-yə yaxın yerli şirkət iştirak edib, 19 şirkət isə “Best Managed Companies Azerbaijan” tituluna layiq görülüb.

Proqram çərçivəsində iştirakçılar idarəetmə təcrübələrini beynəlxalq metodologiya əsasında qiymətləndirmək, Deloitte və PAŞA Bank ekspertlərindən bizneslərinin inkişafı ilə bağlı tövsiyələr almaq imkanı əldə edirlər.

Şirkətlər strategiya, biznes imkanları və innovasiya, korporativ idarəetmə və maliyyə göstəriciləri, eləcə də korporativ mədəniyyət və öhdəliklər olmaqla dörd istiqamət üzrə qiymətləndirilir. Əsas mükafatın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.

2027-ci ildə əsas mükafatla yanaşı, şirkətlərin nailiyyətləri üç yeni nominasiya – “İnnovasiya və davamlı inkişaf”, “Korporativ vətəndaşlıq və sosial töhfə”, “Ətraf mühitə məsuliyyət və ekoloji töhfə” üzrə də qiymətləndiriləcək.

Proqramda illik gəliri 10 milyon manatdan çox olan, ən azı üç il fəaliyyət göstərən və 25-dən çox tam ştatlı əməkdaşı olan şirkətlər iştirak edə bilərlər. Şirkətin mülkiyyətinin 60 faizdən çoxu Azərbaycan rezidenti olan fiziki və ya hüquqi şəxslərə məxsus olmalıdır.

“Best Managed Companies Azerbaijan” proqramı Deloitte Private və PAŞA Bankın əsas sponsorluğu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyanın tərəfdaşlığı ilə həyata keçirilir.

Proqram və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.

PAŞA Bank bu təşəbbüslə yerli şirkətlərdə qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə, onların dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərir.

PAŞA Bank Deloitte Private Deloitte Azərbaycan Best Managed Companies Azerbaijan 2027 Best Managed Companies Azerbaijan iştirak şərtləri Azərbaycanın ən yaxşı idarə olunan şirkətləri Azərbaycanın qabaqcıl şirkətləri Azərbaycan biznes liderləri PAŞA Bank və Deloitte əməkdaşlığı PAŞA Bank biznesə dəstək Azərbaycanda biznes mükafatları illik gəliri 10 milyon manatdan çox olan şirkətlər korporativ idarəetmə beynəlxalq biznes proqramı şirkətlərin qiymətləndirilməsi biznesin dayanıqlı inkişafı biznes strategiyası və innovasiya korporativ vətəndaşlıq və sosial töhfə ətraf mühitə məsuliyyət ekoloji töhfə Azərbaycanda özəl sektorun inkişafı Azərbaycan şirkətlərinin rəqabət qabiliyyəti AmCham Azerbaijan ADA Universiteti Azərbaycanın biznes xəbərləri 2027
25.11.2026 18:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19