970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb

“Xiaomi”nin xalis mənfəəti bir rübdə 6 milyard 300 milyon yuan azalıb. Çiplər bahalaşıb, elektrik avtomobillərinin satışı azalıb – “Xiaomi”nin mənfəəti yarıdan çox düşüb
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Çinin texnologiya şirkəti “Xiaomi” 2026-cı ilin iyul–sentyabr aylarında 4 milyard 800 milyon yuan (720 milyon dollar) xalis mənfəət əldə edib. Yaddaş çiplərinin bahalaşması və elektrik avtomobillərinin satışının azalması fonunda şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 milyard 300 milyon yuan və ya 56,8% azalıb.

Marja.az “Xiaomi”nin maliyyə nəticələrinə dair yaydığı məlumata istinadən xəbər verir ki, üçüncü rübdə şirkətin gəliri illik müqayisədə təxminən 5 milyard 900 milyon yuan və ya 5,2% azalaraq 107 milyard 200 milyon yuana (16 milyard dollara) düşüb.

Smartfon və ağıllı cihazların satışından əldə edilən gəlir 0,8% azalaraq 45 milyard 500 milyon yuan (6 milyard 800 milyon dollar) təşkil edib. Elektrik avtomobilləri, süni intellekt və digər yeni fəaliyyət istiqamətləri üzrə ümumi gəlir isə 19,9% azalaraq 22 milyard 700 milyon yuana (3 milyard 400 milyon dollara) enib.

“Xiaomi”nin açıqlamasına görə, hesabat dövründə yaddaş çipləri kimi əsas komponentlərin maya dəyəri artıb, sektorda rəqabət güclənib. Şirkət elektrik avtomobillərinin satışında da azalma qeydə alıb.

“Xiaomi” üçüncü rübdə süni intellektə investisiyalarını artırıb. Şirkət bu sahədə və digər əsas texnologiyalar üzrə imkanlarını genişləndirməyi hədəfləyir.

Xiaomi 2026 üçüncü rüb maliyyə nəticələri Xiaomi xalis mənfəəti Xiaomi gəlirləri Xiaomi smartfon satışları Xiaomi elektrik avtomobillərinin satışı yaddaş çiplərinin bahalaşması Xiaomi süni intellekt investisiyaları Çin texnologiya şirkətləri
25.11.2026 15:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19