“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
“Huawei” ABŞ-da bir ittiham üzrə bəraət aldı, sanksiyaları pozmaqda və dələduzluqda təqsirli bilindi. “Huawei”ni cərimə və müsadirə gözləyə bilər – şirkət Nyu-Yorkdakı verdiktə cavab verdiNoyabrın 24-də Nyu-Yorkda federal andlılar heyəti Çinin “Huawei Technologies” şirkətini və onun üç törəmə şirkətini bir sıra cinayət ittihamları üzrə təqsirli bilib. Üç ay davam edən məhkəmə prosesindən sonra çıxarılan verdikt bank dələduzluğunu, ABŞ-ın İrana qarşı sanksiyalarının pozulmasını və kommersiya sirlərini oğurlamaq üçün əlbir olmanı əhatə edir.
Marja.az ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, iş üzrə şirkətlər elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluqda və pul vəsaitlərinin yuyulması məqsədilə əlbir olmaqda da təqsirli biliniblər. Cəzanın təyin ediləcəyi məhkəmə iclası 2027-ci il sentyabrın 14-nə nəzərdə tutulub. Şirkətləri cərimə, əmlakın müsadirəsi və zərərçəkənlərə kompensasiya ödənilməsi gözləyə bilər.
Nazirliyin məlumatına görə, “Huawei” İranda “Skycom” adı ilə fəaliyyət göstərib, banklara isə tam mülkiyyətində olan bu şirkəti biznes tərəfdaşı kimi təqdim edib. İttiham tərəfi bildirib ki, “Huawei” İrandakı fəaliyyətinin miqyasını gizlətməklə banklardan milyardlarla dollar vəsait əldə edib və ABŞ dolları ilə hesablaşma xidmətlərinə çıxışını qoruyub. Nazirlik həmçinin bildirib ki, şirkətin tədarük etdiyi müşahidə kameraları İran hakimiyyətinə etiraz aksiyalarını izləmək imkanı verib.
Kommersiya sirləri ilə bağlı epizodlar arasında “Cisco” və “T-Mobile”ın texnologiyaları da var. Prokurorların məlumatına görə, “Huawei” mühəndisləri “Cisco”nun marşrutlaşdırıcılarında istifadə olunan proqram kodunu köçürüblər. Digər epizodda “Huawei” əməkdaşları “T-Mobile”ın sensor ekranları sınaqdan keçirən “Tappy” robotunun fotoşəkillərini və texniki məlumatlarını Çinə göndəriblər. Daha sonra əməkdaşlardan biri robotun bir hissəsini bel çantasında laboratoriyadan çıxarıb.
“Huawei” noyabrın 25-də yaydığı açıqlamada mütəşəkkil cinayətkar fəaliyyətdə iştirak etmək üçün əlbir olma ittihamı üzrə bəraət almasını müsbət qarşılayıb. Şirkət digər ittihamları da hüquqi və faktiki baxımdan əsassız saydığını bildirib. “Huawei”nin mövqeyinə görə, prokurorların istinad etdiyi kommersiya sirləri ilə bağlı beş mübahisənin hamısı əvvəlki illərdə mülki qaydada həll olunub. Şirkət verdikti araşdıracağını, hüquqlarını qorumaq üçün zəruri addımlar atacağını və tədqiqatlara sərmayə qoymağa davam edəcəyini açıqlayıb. Huawei
Xatırladaq ki, ABŞ prokurorları “Huawei”yə qarşı ilk cinayət ittihamlarını 2019-cu ilin yanvarında, şirkətin maliyyə direktoru Men Vancounun Kanadada saxlanılmasından bir ay sonra ictimaiyyətə açıqlayıblar. Men Vancou 2021-ci ilin sentyabrında ABŞ prokurorları ilə cinayət təqibinin təxirə salınmasına dair razılaşma əldə etdikdən sonra Çinə qayıdıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 12 d. əvvəl
-
26 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Ən çox oxunanlar
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
























