Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur

Biznesini böyüdən sahibkarlar vergidən güzəşt əldə edəcəklər. Sahibkarların əvvəlki il ödədikləri vergi gələcək vergi öhdəliklərindən çıxılacaq
AzVak-mobil_resmin_ustu_31
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
iç səhifə xəbər şəkil altı (mobil)_32

SİNXRON: DÖVLƏT VERGİ XİDMƏTİNİN İDARƏ RƏİSİNİN MÜAVİNİ – GÜNEL BƏHRAMQIZI

Mikro sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində, iqtisadi aktivliyin artırılmasında və regionlarda sahibkarlığın inkişafında mühüm rol oynayır. Lakin aparılan təhlillər və sahibkarlarla keçirilən müzakirələr göstərir ki, fəaliyyət miqyası genişləndikcə daha yüksək sahibkarlıq kateqoriyasına keçid zamanı vergi yükünün artması onların böyümə motivasiyasını zəiflədən əsas amillərdən biridir.

Bu fiskal yükün yumşaldılması və bizneslərin böyüməsinin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur. Belə ki, dövriyyə həcminə əsasən, yuxarı sahibkarlıq subyekti kateqoriyasına keçid edən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həddində vergi güzəştinin müəyyən edilməsi nəzərdə tutulur. Həmin məbləğ illər üzrə silinmə məhdudiyyəti qoyulmadan, subyektin yuxarı kateqoriyada olduğu növbəti illər ərzində ümumi vergi öhdəliyindən çıxılacaq.

Təklif olunan mexanizm yeni kateqoriyaya keçən sahibkarların likvidlik risklərini azaltmaqla investisiya imkanlarını genişləndirəcək, sahibkarlığın mərhələli inkişafını dəstəkləməklə yanaşı, kölgə iqtisadiyyatına meyli azaldacaq. Nəticədə, mikro bizneslərin daha yüksək kateqoriyalara keçidi sürətlənəcək.

Nümunə: Mikro sahibkarlıq subyekti kimi topdansatış fəaliyyəti göstərən müəssisənin illik dövriyyəsi 200 min manat həddini keçdiyi üçün 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olur. Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2000 manat məbləğində mənfəət vergisi hesablayıb ödəyib. Yeni güzəşt mexanizminə əsasən, bu məbləğ sahibkarın hesabında vergi güzəşti kimi tanınır. 2027-ci ildə kiçik sahibkar kimi onun ümumi vergi öhdəliyi 1500 manat olarsa, həmin məbləğ 2000 manatlıq güzəşt hesabına tam qarşılanır və sahibkar 2027-ci il üzrə faktiki olaraq vergi ödəmir. Qalan 500 manat məbləğ isə növbəti illərin vergi öhdəliyindən çıxılır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

mikro sahibkarlara vergi güzəşti 100 faiz vergi güzəşti 2027-ci il vergi dəyişiklikləri Vergi Məcəlləsinə dəyişikliklər Dövlət Vergi Xidməti Günel Bəhramqızı mikro sahibkarlıq subyektləri kiçik sahibkarlıq subyektləri biznesin böyüməsi 200 min manat dövriyyə həddi sahibkarlıq kateqoriyaları vergi güzəştləri sadələşdirilmiş vergi mənfəət vergisi gəlir vergisi vergi öhdəlikləri vergi yükünün azaldılması sahibkarlığa dövlət dəstəyi yeni vergi mexanizmi Azərbaycanda vergi yenilikləri müddətsiz vergi güzəşti mikro biznesin inkişafı kölgə iqtisadiyyatı investisiya imkanları 2027-ci ildə sahibkarlar üçün vergi güzəştləri
25.11.2026 11:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19