400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub
“Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” şirkətində 400 tondan artıq təhlükəli toyuq əti aşkarlanıb – Direktor həbs edilibBaş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə əhalinin həyat və sağlamlığının, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması, habelə qida təhlükəsizliyi sahəsində hüquqpozmaların, o cümlədən insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulların istehsalı və dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Marja.az Baş Prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki, bu çərçivədə, “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Həyata keçirilən tədbirlərlə Cəmiyyətə faktiki rəhbərlik edən Mirzəyev Mahir Hökümalı oğlunun, Cəmiyyətin direktoru Usubov Elşən Namiq oğlunun və kəsim sexinin müdiri Məmmədov Nazim Bahadur oğlunun qabaqcadan əlbir olaraq, insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən Cəmiyyətə məxsus istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Mirzəyev Mahir Hökümalı oğlu (təşkilatçı qismində), Usubov Elşən Namiq oğlu və Məmmədov Nazim Bahadur oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2 və 200-3.2.3-cü maddələri ilə (bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının satış məqsədilə saxlanmasının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədilməsi), habelə 308.2-ci maddəsi ilə (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Usubov Elşən Namiq oğlu barəsində həbs, Mirzəyev Mahir Hökümalı oğlu və Məmmədov Nazim Bahadur oğlu barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
17 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
22 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
28 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
47 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib

























