“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib
“Fitch”dən 2027 xəbərdarlığı – neft tədarükü pozularsa, inflyasiya və faizlər uzun müddət yüksək qala bilər. Dünya iqtisadiyyatı 2,5 faiz böyüyə bilər – “Fitch” 2027-ci ilin iki əsas riskini açıqladı. Borcu yeniləmək bahalaşır – “Fitch” hansı ölkələrin büdcəsində təzyiqin artacağını açıqlayıb. Süni intellektlə bağlı səhm qiymətləri və investisiyalar kəskin azala bilər – “Fitch”dən risk ssenarisiBeynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” 2027-ci ildə dünya iqtisadiyyatının təxminən 2,5 faiz artacağını, inflyasiya təzyiqlərinin isə bir qədər zəifləyəcəyini gözləyir. Bu gözləntilər əsasında agentlik ölkələrin kredit reytinqləri üzrə qlobal proqnozu “neytral” müəyyən edib.
Marja.az “Fitch Ratings”in 2027-ci il üzrə suveren reytinqlərə dair hesabatına istinadən xəbər verir ki, agentliyin baza ssenarisi ABŞ və İran arasında hərbi gərginliyin müvəqqəti azalacağı və toqquşmaların səngiyəcəyi fərziyyəsinə əsaslanır.
“Fitch”ə görə, 2027-ci ildə qlobal iqtisadi artım tempi əsasən sabit qalacaq. Neftin ucuzlaşması 2026-cı ilin ikinci yarısında yaranmış inflyasiya təzyiqlərini qismən zəiflədəcək. Dövlət istiqrazlarının gəlirliliyinin isə 2026-cı ilin orta səviyyəsindən yüksək qalacağı gözlənilir.
Neft tədarükü və süni intellektlə bağlı risklər
Agentlik 2027-ci il üçün iki riskə diqqət çəkir. Bunlardan biri süni intellektlə bağlı səhm qiymətlərinin və ya kapital xərclərinin kəskin azalması ehtimalıdır. Digər risk Fars körfəzi regionundan neft tədarükündə yenidən ciddi fasilələrin yaranmasıdır. Tədarük pozularsa, neft qiymətləri, inflyasiya, mərkəzi bankların faiz dərəcələri və istiqraz gəlirlilikləri daha uzun müddət yüksək qala bilər.
Yüksək borclu ölkələrin büdcələrinə təzyiq artır
“Fitch” bildirir ki, hökumətlər ödəmə müddəti çatan borclarını mövcud bazar faizləri ilə yenidən maliyyələşdirdikcə ümumi borc üzrə ödədikləri orta effektiv faiz dərəcəsi yüksələcək. Faiz xərclərinin artması büdcə kəsirini böyüdəcək. Bu şəraitdə borcun ümumi daxili məhsula (ÜDM) nisbətini sabit saxlamaq və ya azaltmaq xüsusilə borc yükü yüksək, borclarının orta ödəmə müddəti qısa olan ölkələr üçün çətinləşəcək.
Agentliyin qiymətləndirməsinə görə, bir çox ölkədə siyasi qütbləşmə və ictimai təzyiq uzunmüddətli sabitliyi və rifahı dəstəkləyən qərarların qəbulunu çətinləşdirməkdə davam edəcək. Bu amillər etirazlara və daha geniş ictimai sarsıntılara yol aça bilər. Həll olunmamış münaqişələr, böyük güclər arasında rəqabət, xarici siyasətdə millətçi meyillərin güclənməsi və qeyri-müəyyənliyin artması geosiyasi riskləri yüksək səviyyədə saxlayacaq.
13 ölkənin reytinq proqnozu “pozitiv”, 12 ölkəninki “neqativ”dir
“Fitch”in məlumatına görə, 2027-ci il ərəfəsində ölkələrin kredit reytinqləri üzrə fərdi proqnozlar ümumilikdə sabitdir. Hazırda 13 ölkənin reytinq proqnozu “pozitiv”, 12 ölkəninki isə “neqativ”dir.
2026-cı ildə suveren reytinq yüksəlişlərinin sayı endirimlərin sayını 12 vahid üstələyib. Bunun 7 vahidi inkişaf etməkdə olan bazar ölkələrinin payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
17 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
22 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
28 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
47 d. əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
1 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























