Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında iştirak ediblər.

Reklam_3_11

Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrdən sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.

Tədbir çərçivəsində İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub. Büronun icraçı direktoru Vüsal Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə həyata keçirilən institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri, eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsi barədə məlumat verib.

Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar, həmçinin sığortaçıların maliyyə dayanıqlılığı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.

IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Bu əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İcbari Sığorta Bürosu İSB Vüsal Məsiyev Seymur Mirzəyev Beynəlxalq Sığorta Zəmanət Fondları Forumu IFIGS İcbari Sığorta Bürosunun IFIGS üzvlüyü Azərbaycanın sığorta bazarı Azərbaycanın icbari sığorta sistemi sığorta xəbərləri 2026 sığorta zəmanət fondları sığortalıların hüquqlarının müdafiəsi sığorta təminatı mexanizmləri sığorta sektorunda beynəlxalq əməkdaşlıq sığorta sisteminin rəqəmsallaşdırılması sığorta sektorunda institusional islahatlar sığortaçıların maliyyə dayanıqlılığı Koreya Əmanətlərin Sığortalanması Korporasiyası KDIC Seul beynəlxalq sığorta konfransı sığorta risklərinin idarə edilməsi Azərbaycanda sığorta sektorunun inkişafı zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi.
25.11.2026 17:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19