"Turan Bank"ın maliyyə vəziyyəti məlum oldu
"Turan Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 1 milyon 665 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 11 milyon 953 min manat xalis zərər ilə bağlamışdı. 2024-cü ilin 9 ayında "Turan Bank"ın kredit portfeli böyüyüb, gəlirləri artıb.
ƏMƏLİYYAT GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Turan Bank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 59 milyon 382 min manat ikən, 2024-cü ilin 9 ayında 66 milyon 661 min manat təşkil edib (7 milyon 279 min manat və ya 12,3% artıb). Bankın qeyri-faiz gəlirlər isə 8 milyon 245 min manatdan 14 milyon 758 min manata yüksəlib (6 milyon 513 min manat və ya 79% artıb).
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3,5 DƏFƏ ARTIB
2024-cü ilin 9 ayı ərzində "Turan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 81 milyon 419 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 64 milyon 338 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 17 milyon 81 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 15 milyon 415 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "Turan Bank"ın cəmi əməliyyat gəlirləri 67 milyon 627 min manat, cəmi əməliyyat xərcləri 62 milyon 719 min manat, əməliyyat mənfəəti 4 milyon 908 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 16 milyon 861 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırmışdı.
KREDİT PORTFELİ ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Turan Bank"ın kredit portfeli (müştrilərə verilmiş kreditlər) 21 milyon 427 min manat və ya 3,4% artaraq 30 sentyabr 2024-cü il tarixində 650 milyon 783 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 6 milyon 117 min manat artaraq 148 milyon 699 min manat, biznes kreditləri portfeli 5 milyon 877 min manat artaraq 373 milyon 508 min manata, ipoteka kreditləri portfeli isə 9 milyon 433 min manat artaraq 128 milyon 576 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Turan Bank"ın cəmi aktivləri 28 milyon 820 min manat və ya 3,5% artaraq 30 sentyabr 2024-cü il tarixində 851 milyon 593 min manat təşkil edib.
30 sentyabr 2024-cü il tarixində "Turan Bank" ASC 120 milyon 180 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
10 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
10 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
11 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
13 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























