Neft-qaz pulları hesabına valyuta satışı kəskin artıb - 10 AYDA 5,9 MİLYARD DOLLARDAN ÇOX SATIŞ
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) 5 milyard 919,4 milyon dollar məbləğində valyuta satıb.
Bu barədə Marja.az Fonda istinadən xəbər verir.
Ötən ilin eyni dövründə Fond tərəfindən 2 milyard 539,5 milyon dollar valyuta satılmışdı. Beləliklə, 2024-cü ilin 10 ayı ərzində valyuta satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar və ya 2,3 dəfə artıb. Qeyd edək ki, Fond ötən il valyuta satışına qənət edə bilmişdi. Buna səbəb dövlət büdcəsinin digər mənbələr hesabına gəlirlərinin formalaşması idi.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində, 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində, avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində, sentyabr ayında 732,3 milyon dollar məbləğində, oktyabr ayında isə 174,4 milyon dollar məbləğində vəsait satılıb.
MƏRKƏZİ BANKIN DA EHTİYATLARI AZALIB
2024-cü ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar və ya 3,6% azalaraq 31 oktyabr 2024-cü il tarixində 11 milyard 371,7 milyon dollar təşkil edib.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
30 Sentyabr 2024-cü il tarixində Mərkəzi bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon dollara çatmışdı.
Ötən ilin sonu ilə müqayisədə (10 ayda) rəsmi valyuta ehtiyatları 241,3 milyon ABŞ dolları azalıb.
DÖVLƏTİN XARİCİ VALYUTAYA TƏLƏBİ ARTIB, MƏRKƏİ BANK HƏRƏKƏTƏ KEÇİB
Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalmışdır.
Marja xəbər verir ki, ötən həftənin son iş günü keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məsələni şərh edib.
"Cari ilin ötən dövründə valyuta hərraclarında olan tələblər tam ödənilmişdir. Bundan əlavə olaraq, Oktyabr ayının sonunda Mərkəzi Bank tərəfindən 424 milyon ABŞ dolları həcmində satış həyata keçirilib. Bu satış ilk növbədə dövlət xərclərinin valyuta tələbinin ödənilməsilə bağlı idi. Bilirsiniz ki, strateji xərclər bu il kifayət qədər çoxdur - bunlar - müdafiə xərcləri beynəlxalq layhələr üzrə xərclər və starateji dövlət investisiyaları üçün nəzərdə tutlan xərclərdir. Oktyabr ayında 424 milyon ABŞ dolları məbləğində xüsusi satış 2023-cü ilin sonunda Mərkəzi Bankın 2,1 milyard ABŞ dolları məbləğində dövlətdən aldığı trasfert hesabına həyata keçirilib. Biz bunu valyuta bazarına müdaxilə kimi hesab etmirik, bu, dövlət xərclərinin valyuta tələbinin ödənilməsidir. Ehtimal ki, növbəti 2 ayda da bu cür məqsədlər üçün - dövlət büdcəsinin xərcləri ilə bağlı olaraq satışlar olsun", - Taleh Kazımov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
4 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
4 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
5 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
5 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
5 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"


























