Trampın gömrük rüsumları qərarı metal qiymətlərini də "vurdu"
Trampın Çin, Kanada və Meksikaya gömrük rüsumları tətbiq etməsindən sonra mis, alüminium və dəmir filizi qiymətləri düşüb.Mis, alüminium və dəmir filizi qiymətləri ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksikaya tariflər (gümrük rüsumları) tətbiq etməsindən sonra ucuzlaşıb. Bu, qlobal iqtisadi artımı sarsıda biləcək ticarət müharibəsinin yenidən başlamasıdır.
Marja xəbər verir ki, London Metal Birjasında mis qiymətləri 1,5 faizə qədər, alüminium də analoji nisbətdə ucuzlaşıb. Polad istehsalının əsasını təşkil edən dəmir filizi qiymətləri Sinqapurda 3,5 faizə qədər ucuzlaşıb, Çin bazarları isə Ay Yeni ili bayramı olduğu üçün bağlı olub.
Tramp çərşənbə axşamı günü qüvvəyə minəcək Çindən idxala 10 faiz, Kanada və Meksikaya isə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Bunun nəticəsində dolların bahalaşması metalın qiymətinə təzyiq edən faktora çevrilib. Çin Ticarət Nazirliyi təfərrüatları açıqlamadan "əks tarif tədbirləri" görəcəyini və həmçinin Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib.
İnflyasiya güclənə bilər
Qlobal ticarət müharibəsi inflyasiyanı gücləndirə, faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya, qlobal artım və metal tələbatını ləngidə bilər.
Dünyanın ən böyük metal istehlakçısı olan Çin hələ də Covid-19-dan tam sağalmayan iqtisadi artımı canlandırmaq üçün mübarizə aparır.
"Avropada enerji keçidi və iqtisadi artımın bərpası metal tələbatını dəstəkləməli olsa da, Trump-ın təklif etdiyi tariflər tələb artımını məhdudlaşdıracaq", - analitiklər bildirib.
Çində kredit artımı zəif olaraq qalır, lakin əlavə stimulun tətbiqi metallara tələbini canlanıdra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
2 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
2 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
2 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
4 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























