Qızılın qiyməti rekord həddə yaxın olaraq qalıb
İqtisadi və geosiyasi risklər təhlükəsiz liman tələbini dəstəklədiyi üçün qızılın qiyməti iki günlük azalmadan sonra yenidən rekord həddə yaxındır.
Marja xəbər verir ki, külçə qızılın bir unsiyası 3022 dollara satılıb ki, bu da cümə axşamı qeydə alınmış rekord səviyyəyə yaxındır. Gözlənilir ki, ABŞ prezidenti Donald Trampın sözdə gömrük tarifləri onun əvvəllər hədələdiyi qədər sərt olmayacaq. Məsələ ilə tanış olan rəsmilərə görə, Ağ Ev bəzi ölkələri vergidən azad etməyi planlaşdırır və hazırda konkret sənayelər üçün ticarət maneələri yaratmağı düşünmür.
Çinin Baş naziri Li Qiang Asiyanın ən böyük iqtisadiyyatının hələ də tarif şoklarına hazır olduğunu söyləyib, Avstraliya Xəzinədarı Cim Çalmers isə ABŞ-nin siyasətlərinin qlobal iqtisadiyyata "heyrətləndirici" təsiri barədə xəbərdarlıq edib.
Bazar tariflərin potensial təsiri və Trampın geosiyasi nizamı poza biləcəyi ehtimalı ilə bağlı ehtiyatlı olaraq qalır. Bu qeyri-müəyyənlik ilə əlaqədar olaraq qızılın qiyməti ilin əvvəlindən bəri 15 faiz dəyər qazanaraq ilk dəfə 3000 dolları keçib. Güclü mərkəzi bank alışları və faiz dərəcələrinin aşağı salınması gözləntiləri də qiymətli metalın bahalaşmasını dəstəkləyib.
Bakı vaxtı ilə saat 8:26-ya olan məlumata görə, qızılın unsiyasının qiyməti 3022,15 dollar olub. Ötən həftə 1,3% dəyər qazanan qızıl, Dollar İndeksinin 0,1 azalması ilə nisbətən dəyişməz qalır. Gümüş, platin və palladium da bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 4 d. əvvəl
- 8 d. əvvəl
-
14 d. əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 15 d. əvvəl
-
58 d. əvvəl
Qızılın qiyməti son bir ildən artıq dövrün ən aşağı səviyyəsinə geriləyib
-
1 saat əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Məhkəmə əmri üçün dövlət rüsumu 4 dəfə azaldılır - 100 manatlıq rüsum 25 manata endirilir
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı











.webp)











