Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan kapital bazarında hər zaman yenilikçi təşəbbüsləri ilə seçilən “Unicapital İnvestisiya Şirkəti” ASC bu dəfə də mühüm bir layihədə aparıcı tərəfdaş qismində çıxış edir. Belə ki, şirkət Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB/EBRD) istiqraz buraxılışının anderrayteri oldu.

Buraxılışın əsas yeniliyi – faiz gəlirlərinin üzən mexanizm əsasında hesablanmasıdır. Bu, investorlar üçün bazar şərtlərinə uyğun gəlirlilik imkanı yaradır və portfelin bazar dəyişikliklərinə çevik reaksiya verməsini təmin edir.

Azərbaycan kapital bazarında ilk dəfə buraxılacaq üzən faizli istiqrazlar 12 aylıq müddətə, ümumilikdə 50 milyon manat həcmində emissiya ediləcək. Emitentin AAA (Fitch) beynəlxalq reytinqə malik olması isə bu aləti xüsusilə etibarlı edir.

Qeyd edək ki, ölkəmizin EBRD ilə əməkdaşlığı 1992-ci ildən başlayır. O vaxtdan bəri Bank ölkədə 200-ə yaxın layihəyə maliyyə dəstəyi göstərib və 4 milyard avrodan artıq sərmayə yatırıb.

Unicapital maliyyə alətlərinin şaxələndirilməsi baxımından bir ilk hesab edilən bu əhəmiyyətli layihənin bir hissəsi olmaqdan qürur duyur. Beynəlxalq təcrübəyə əsaslanan peşəkar anderraytinq xidməti ilə şirkət korporativ və institusional investorlar üçün gələcəkdə də çevik və cəlbedici investisiya imkanları yaratmağa davam edəcək.

Unicapital UnicapitalİnvestisiyaŞirkəti AvropaYenidənqurmavəİnkişafBankı AYİB EBRD istiqraz buraxılışı üzən faizli istiqraz faiz gəlirləri investor gəlirliliyi bazar şərtlərinə uyğun gəlirlilik portfel çevikliyi 12 aylıq istiqraz 50 milyon manat emissiya AAA Fitch reytinqi etibarlı maliyyə aləti Azərbaycan kapital bazarı anderrayter maliyyə alətlərinin şaxələndirilməsi korporativ investorlar institusional investorlar peşəkar anderraytinq xidməti çevik investisiya imkanları sərmayə dəstəyi beynəlxalq təcrübə
01.10.2025 13:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18