970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda iPhone 18 Pro-da qiymət "savaşı" başladı– Rəsmi mağazalarda 3539 manatdan başlayan təklif var

Azərbaycanda iPhone 18 Pro üçün qiymət rəqabəti qızışıb. iPhone 18 Pro-nun qiyməti satışına start verilən gün 3539 manata düşüb. Mağazaların qiymətlərini müqayisə etdik. Birmarket qiyməti endirdi, rəqiblər də geri qalmadı. iPhone 18 Pro harada neçəyədir?
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda iPhone 18 Pro-da qiymət "savaşı" başladı– Rəsmi mağazalarda 3539 manatdan başlayan təklif var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Azərbaycanda rəsmi olaraq yeni iPhone modellərinin satışına start verilib. İlk andan yeni iPhone modelləri qiymət endirimləri ilə təklif olunur. Azərbaycanın elektronika bazarında yeni iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri üzrə qiymət rəqabəti başlayıb.

Birmarket iPhone 18 seriyasının qiymətlərinin endirildiyini açıqlasa da, Marja.az-ın elektronika mağazalarının saytları və açıq internet mənbələri üzrə apardığı araşdırma göstərir ki, bir sıra digər şəbəkələr də eyni və ya daha aşağı qiymətlər elan ediblər.

Birmarket-in yaydığı məlumata görə, iPhone 18 Pro 256 GB modelinin qiyməti 3899 manatdan 3589 manata endirilib. Burgundy və Glacier rəngləri üzrə təqdim olunan təklifdə 310 manat endirim var.

Şirkət iPhone 18 Pro Max 256 GB Black modelini əvvəlki 4199 manat əvəzinə 3879 manata təklif edir. Bu halda endirim 320 manatdır.

iPhone 18 Pro Max 1 TB Glacier modelinin qiyməti isə 5899 manatdan 5519 manata salınıb. Beləliklə, bu modeldə endirim 380 manata çatır.

Birmarket-in sosial kanallarında yayılan məlumatda da iPhone 18 seriyasının 3589 manatdan başlayan qiymətlərlə təqdim edildiyi, taksit kartı ilə ödənişin 24 aya bölünə bildiyi və aylıq ödənişin 149,54 manatdan başladığı bildirilir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ancaq bazarda 50 manat daha ucuz iPhone 18 Pro da var

Marja.az-ın 25 sentyabr 2026-cı il tarixinə apardığı araşdırma zamanı iPhone 18 Pro 256 GB üçün yoxlanılan açıq onlayn təkliflər arasında Birmarket-dən də aşağı qiymət müəyyən edilib.

Smart Electronics iPhone 18 Pro 256 GB-ın Black, Silver, Burgundy və Glacier rənglərini 3849 manat əvəzinə 3539 manata təklif edir. Beləliklə, bu qiymət Birmarket-in 3589 manatlıq kampaniya qiymətindən 50 manat aşağıdır. Şirkət ayrıca kampaniya səhifəsində modelin ilkin ödənişsiz və komissiyasız şərtlərlə aylıq 120 manatdan təklif olunduğunu bildirir. 

Baku Electronics-də də iPhone 18 Pro 256 GB üçün qiymət 3899,99 manatdan 3589,99 manata endirilib. Şirkətin saytında endirimin 30 sentyabr 2026-cı ilədək qüvvədə olduğu qeyd edilir.

Kontakt-da eyni modelin 256 GB versiyası 3899,99 manat əvəzinə 3589,99 manata və 18 aylıq faizsiz ödəniş imkanı ilə öncədən sifarişə təqdim edilir. 

İrşad da iPhone 18 Pro 256 GB üçün 3899,99 manatlıq əvvəlki qiymətin üzərindən 310 manat endirim edərək 3589,99 manat qiymət göstərir. 

Bytelecom-da isə iPhone 18 Pro 256 GB modellərinin qiyməti 3899 manatdan 3589 manata endirilib.

iPhone 18 Pro Max 256 GB-da qiymətlər bir-birinə çox yaxındır

Birmarket-in 3879 manat müəyyən etdiyi iPhone 18 Pro Max 256 GB modeli digər mağazalarda da təxminən eyni qiymətə təklif olunur.

İrşad-ın saytında iPhone 18 Pro Max 256 GB Black və Glacier modelləri 4199,99 manat əvəzinə 3879,99 manata göstərilir.

Bytelecom eyni yaddaş tutumlu Black modelini 4199 manatdan 3879 manata endirib. Saytda 18 aylıq faizsiz ödəniş zamanı aylıq məbləğ 215,50 manat göstərilir.

Baku Electronics-də iPhone 18 Pro Max 256 GB üçün 3879,99 manat qiymət göstərilir. Ayrı-ayrı rənglər üzrə məhsul səhifələrində cihazın “tezliklə satışda” olduğu da qeyd olunur.

İş elanları AzVak.az-da

Kontakt-ın saytında isə iPhone 18 Pro Max 256 GB-ın bir sıra rəngləri hazırda “tezliklə satışda” statusunda görünür və həmin səhifələrdə aktiv satış qiyməti göstərilmir.

1 TB Pro Max-da 380 manatlıq fərq

Birmarket iPhone 18 Pro Max 1 TB Glacier modelinin qiymətini 5899 manatdan 5519 manata endirib. Araşdırma göstərir ki, eyni səviyyədə qiyməti başqa böyük elektronika şəbəkələri də tətbiq edir.

Kontakt-da iPhone 18 Pro Max 1 TB Glacier, Silver və Black versiyalarının bir qismi 5899,99 manat əvəzinə 5519,99 manata öncədən sifariş üçün göstərilir. 

İrşad-da da iPhone 18 Pro Max 1 TB Glacier üçün qiymət 5899,99 manatdan 5519,99 manata endirilib. Şəbəkənin saytında Burgundy versiyası üçün də eyni qiymət görünür. 

Baku Electronics-də isə iPhone 18 Pro Max 1 TB Silver və Black modelləri araşdırma zamanı 5899,99 manat qiymətlə və stokda olmayan məhsul kimi göstərilib. Bu, Birmarket, Kontakt və İrşad-dakı 5519-5519,99 manatlıq təkliflə müqayisədə təxminən 380 manat yüksək qiymətdir. 

Apple-ın Azərbaycandakı Premium Partner-i iSpace-də də iPhone 18 Pro və Pro Max modellərinin məhsul səhifələri yaradılıb. Lakin araşdırma zamanı iPhone 18 Pro 256 GB və iPhone 18 Pro Max 1 TB modelləri əlçatan görünməyib və açıq satış qiyməti göstərilməyib.

Beləliklə, iPhone 18 Pro seriyasının Azərbaycanda satışa çıxması elektronika şəbəkələri arasında qiymətlərin sürətlə bir-birinə yaxınlaşması ilə müşayiət olunur. Xüsusilə 256 GB iPhone 18 Pro-da bir neçə böyük şəbəkə 3589-3589,99 manat diapazonunda eyni səviyyədə qiymət müəyyən edib. Bununla belə, araşdırma zamanı Smart Electronics-də 3539 manatlıq daha aşağı təklif də mövcud olub. iPhone 18 Pro Max 1 TB-da isə Birmarket, Kontakt və İrşad faktiki olaraq eyni — təxminən 5520 manatlıq qiymət səviyyəsindədir.

Qeyd edək ki, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qeyri-rəsmi mağazalar və sosial şəbəkələrdə fəaliyyət göstərən satış səhifələrində qiymətləri qısa müddətdə aşağı düşüb. Belə ki, iPhone 18 Pro 256 GB əvvəl 3799 manata təklif olunduğu halda, dünən axşamdan etibarən qiymət 3399 manata enib. Bu, 400 manat və ya təxminən 10,5% ucuzlaşma deməkdir.

Qiymət azalması iPhone 18 Pro Max-da da müşahidə olunur. Modelin 256 GB versiyası 4699 manatdan 4249 manata, 512 GB versiyası 5199 manatdan 4649 manata, 1 TB versiyası isə 6199 manatdan 5649 manata endirilib. Beləliklə, Pro Max modellərində qısa müddət ərzində 450–550 manat arasında qiymət azalması qeydə alınıb. 2 TB versiyanın qiyməti isə 6999 manatdan 6649 manata düşüb.

Qiymətlər kampaniya, rəng, stok vəziyyəti və ödəniş formasından asılı olaraq dəyişə bilər. Bəzi mağazalarda modellər hələ öncədən sifariş və ya “tezliklə satışda” statusundadır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

iPhone 18 Pro iPhone 18 Pro Max iPhone 18 qiyməti iPhone 18 Pro Azərbaycan Birmarket Smart Electronics Baku Electronics Kontakt İrşad Bytelecom iSpace iPhone endirim Apple Azərbaycan iPhone 18 Pro 256 GB iPhone 18 Pro Max 1 TB telefon qiymətləri elektronika mağazaları
25.09.2026 09:14
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19