Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Bakıda 6 avtobus marşrutu üzrə daşıyıcı dəyişə bilər - 22, 31, 67, 92, 172 və 191 nömrəli avtobuslarla bağlı YENİLİK

AYNA daşıyıcıları dəyişə bilər – 23 marşrut üzrə müsabiqə. Qurum 23 avtobus marşrutunu müsabiqəyə çıxardı. Bakıdan rayonlara gedən 7 avtobus xətti də müsabiqəyə çıxarılıb. Xankəndi və Laçına gedən avtobus marşrutları da siyahıdadır
AzVak-mobil_resmin_ustu_31
Bakıda 6 avtobus marşrutu üzrə daşıyıcı dəyişə bilər - 22, 31, 67, 92, 172 və 191 nömrəli avtobuslarla bağlı YENİLİK
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Reklam_3_11

Sənədlər 23 oktyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay və Bakı-İmişli istiqamətlərində 9 lot üzrə oktyabrın 30-da;

Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə istiqamətlərində 9 lot üzrə noyabrın 3-də;

Paytaxtın 22 nömrəli (Sabunçu qəsəbəsi (Əliyar Əliyev küçəsi) – Rövlan Məmmədov küçəsi ("NZS" yaşayış massivi), 31 nömrəli (Badamdar  qəsəbəsi (3-cü massiv) – Nizami bağı (Əhməd Cavad küçəsi) şəhərdaxili, 191 nömrəli (Bahar qəsəbəsi – Qara Qarayev prospekti) şəhərətrafı marşrutları üzrə 3 lotda noyabrın 6-da;

67 nömrəli (Biləcəri qəsəbəsi (dəmiryol stansiyası) – Nərimanov rayonu (Çernyayevski küçəsi)), 92 nömrəli (Binəqədi qəsəbəsi (10 May küçəsi) – metronun "Memar Əcəmi" stansiyası (Seyid Cəfər Pişəvəri küçəsi) şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın 13-də;

172 nömrəli (Bilgəh qəsəbəsi – “Koroğlu” NMM) şəhərətrafı, Mingəçevir şəhərində 5 nömrəli (Heydər Əliyev prospekti – Müslüm Maqomayev prospekti – Aydın Məmmədov küçəsi) şəhərdaxili marşrutları üzrə 2 lotda noyabrın 17-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

YNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus marşrutları marşrut müsabiqəsi sərnişindaşıma Bakı avtobusları 22 nömrəli avtobus 31 nömrəli avtobus 67 nömrəli avtobus 92 nömrəli avtobus 172 nömrəli avtobus 191 nömrəli avtobus Bakı-Gəncə Bakı-İsmayıllı Bakı-Şabran Bakı-Siyəzən Bakı-Sabirabad Bakı-Göyçay Bakı-İmişli Sumqayıt-Naftalan Sumqayıt-Xankəndi-Laçın Kəlbəcər-Tərtər Tərtər-Xankəndi Mingəçevir-Qax Mingəçevir-Ağcabədi Şəki-Gəncə Bərdə-İsmayıllı Tərtər-Bərdə avtobus daşıyıcısı ictimai nəqliyyat şəhərdaxili marşrut şəhərətrafı marşrut şəhərlərarası avtobus sərnişin daşımaları nəqliyyat müsabiqəsi
24.09.2026 18:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19