Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkənin audit rəhbərini təyin etdi

AzVak-mobil_resmin_ustu_31
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkənin audit rəhbərini təyin etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Eyd edək ki, sentyabr ayında “KPMG” Assel Urdabayevanın Qafqaz və Mərkəzi Asiya üzrə Audit rəhbəri təyin edildiyini açıqlayıb.

Marja xəbər verir ki, təyinat 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.

Yeni vəzifəsində Assel Urdabayeva KPMG-nin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Gürcüstan və Azərbaycan daxil olmaqla 6 ölkədə audit fəaliyyətinə rəhbərlik edəcək.

Şirkətin məlumatına görə, Assel Urdabayevanın maliyyə hesabatlarının auditi sahəsində 20 ildən artıq təcrübəsi var. O, KPMG-də fəaliyyəti dövründə Qafqaz və Mərkəzi Asiya regionunda, əsasən maliyyə xidmətləri sektorunda mürəkkəb audit layihələrinə rəhbərlik edib.

KPMG bildirib ki, onun sektor üzrə geniş təcrübəsi, biznesin inkişafı, regional layihələrin idarə olunması və güclü komandaların formalaşdırılması sahəsində bacarıqları şirkətin region üzrə audit praktikasının gələcək inkişafına töhfə verəcək.

Assel Urdabayeva yeni vəzifəsində əsas prioritetlərin regional komandalar arasında əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin artırılması və auditin keyfiyyətini və səmərəliliyini yüksəldən texnologiyalara investisiyaların davam etdirilməsi olacağını bildirib.

O vurğulayıb ki, bununla yanaşı peşəkar mühakimə, müstəqillik və hesabatlılıq audit fəaliyyətinin əsas prinsipləri olaraq qalacaq.

XXX

“KPMG Azerbaijan”da yeni rəhbər təyinatı həyata keçirilib.

Marja.az xəbər verir ki, Ülvi Yusifov şirkətdə direktor müavini (Associate Director) vəzifəsinə təyin olunub.

Marja.az “KPMG Azerbaijan”ın yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin vergi praktikasının inkişafı ilə yanaşı, transfer qiymətləndirilməsi də getdikcə daha mühüm istiqamətlərdən birinə çevrilir. Ülvi Yusifov bu sahənin inkişafında əhəmiyyətli rol oynayıb.

Şirkət qeyd edib ki, onun peşəkar təcrübəsi, işinə bağlılığı və yanaşması vergi mühitində artan mürəkkəbliyin idarə edilməsində mühüm töhfə verib.

“KPMG Azerbaijan” Ülvi Yusifova yeni vəzifəsində uğurlar arzulayıb və onun gələcək nailiyyətlərinin, eləcə də şirkətin fəaliyyətinə töhfələrinin davam edəcəyinə ümid etdiyini bildirib.

KPMG Azerbaijan Ülvi Yusifov direktor müavini Associate Director təyinat vergi transfer qiymətləndirilməsi transfer pricing KPMG Azərbaycan.
02.10.2026 20:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19