Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!23 sentyabr 2026-cı ildə “Invest-AZ İnvestisiya Şirkəti” QSC InvestAZ PRO tətbiqinə həsr olunmuş yeni kampaniya filmini təqdim edib.
Media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə kampaniyanın kreativ konsepsiyası və əsas mesajı təqdim olunub, daha sonra filmin ilk nümayişi baş tutub.
InvestAZ PRO kampaniyasının filmində karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth edən alpinist Vəfa Musayeva və tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev yer alıb.
Üç fərqli idman sahəsini təmsil edən qəhrəmanların hekayələri vahid ideya ətrafında birləşir: uğurlu nəticə düzgün qərar, hazırlıq, dəqiqlik və nəzarətdən başlayır. Kampaniya bu yanaşmanı investisiya dünyasına daşıyaraq “Pro” anlayışını yalnız təcrübə deyil, qərarlara peşəkar yanaşma kimi təqdim edir.
Bu yanaşma InvestAZ PRO tətbiqinin əsas vədi ilə tamamlanır: müxtəlif maliyyə bazarları - bir hesab, tam nəzarət. İstifadəçilər platforma vasitəsilə bazarları real vaxtda izləyə, müxtəlif maliyyə alətləri üzrə əməliyyatlar həyata keçirə, hesab və vəsaitlərini vahid platformadan idarə edə bilərlər. Tətbiqdə demo hesab vasitəsilə strategiyaları real vəsait olmadan sınamaq da mümkündür.
InvestAZ PRO tətbiqini App Store və Google Play-dən yükləmək mümkündür.
InvestAZ haqqında
“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya № 087986) Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı investisiya şirkətidir. Şirkət müştərilərinə investisiya xidmətləri, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
41 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
46 d. əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
52 d. əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
Ən çox oxunanlar
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Fitch” 2027-ci il üçün suveren reytinqlər üzrə qlobal proqnozu “neytral” müəyyən edib























