970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Jaguar-dan 172 min dollarlıq elektrik avtomobili – 724 km məsafə qət edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Jaguar-dan  172 min dollarlıq elektrik avtomobili – 724 km məsafə qət edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Jaguar iki il əvvəl böyük müzakirələrə səbəb olan rebrendinqindən sonra yeni tam elektrikli Type 01 modelini təqdim edib.

Marja xəbər verir ki, Hindistanın Tata Motors şirkətinə məxsus Jaguar çərşənbə axşamı Nyu-Yorkda keçirilən tədbirdə Type 01 modelini nümayiş etdirib. Şirkət yeni avtomobili indiyədək istehsal etdiyi “texniki baxımdan ən qabaqcıl”, “ən güclü və ən aerodinamik” Jaguar kimi təqdim edib.

Yeni model şirkətin strategiyasında ciddi dönüşü ifadə edir. Jaguar 2024-cü ilin noyabrında tam elektrikli brendə çevrilmə planları çərçivəsində apardığı rebrendinqlə geniş müzakirələrə səbəb olmuşdu.

Həmin dövrdə şirkətin “X” sosial şəbəkəsində yayımladığı 30 saniyəlik reklam videosunda parlaq rəngli geyimlərdə modellər və “live vivid”, “delete ordinary”, “copy nothing” kimi şüarlar yer almışdı.

Reklamda nə avtomobil, nə də Jaguar-ın ənənəvi pişik loqosu göstərilmişdi. Kampaniyanı tənqid edənlər arasında “X” platformasının sahibi İlon Mask da olmuşdu. O, “Siz avtomobil satırsınız?” sualını vermişdi.

Jaguar isə həmin vaxt kampaniyanı müdafiə edərək şirkətin “cəsarətli və fərqli” olmaq istədiyini bildirmişdi.

Bu il İtaliyanın Ferrari və Böyük Britaniyanın Bentley şirkətləri də ilk elektrik avtomobillərini təqdim ediblər. Lüks avtomobil istehsalçıları elektrik avtomobillərinə varlı müştərilərin marağını sınamaqla yanaşı, daha ucuz Çin avtomobil markaları ilə rəqabəti gücləndirməyə çalışırlar.

Qiyməti 172 min dollardan başlayır

Jaguar Type 01-in Böyük Britaniyada başlanğıc qiyməti 130 min funt sterlinq, yəni təxminən 172 min dollar dollar təşkil edir. 

Dördqapılı “Grand Tourer” uzun kapotu, alçaq dam xətti, çərçivəsiz qapıları və arxa şüşə əvəzinə istifadə olunan kamera sistemi ilə seçilir.

Avtomobil bir şarjla 450 milədək, yəni təxminən 724 kilometr məsafə qət edə bilir. Type 01 modeli 0-dan 100 km/saatadək təxminən 3,2 saniyəyə sürətlənir.

Yeni modelin təqdimatı Jaguar Land Rover-in ötən il şirkəti istehsalı dayandırmağa məcbur edən kiberhücumdan sonra fəaliyyətini bərpa etdiyi dövrə təsadüf edir.

Bundan əlavə, JLR bir ay əvvəl xərclərin azaldılması proqramı çərçivəsində 4 min iş yerini ixtisar edəcəyini açıqlamışdı. Jaguar Land Rover-in baş icraçı direktoru PB Balaji Type 01-in təqdimatını Jaguar üçün “həyəcanverici yeni dövrün başlanğıcı” adlandırıb.

Onun sözlərinə görə, model Britaniya irsini, cəsarətli yaradıcılığı, qabaqcıl texnologiyanı və mühəndisliyi birləşdirir və Jaguar-a yeni nəsil müştərilər qazandırmaq ambisiyasını əks etdirir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Jaguar Jaguar Type 01 Jaguar elektrik avtomobili Jaguar EV Type 01 qiyməti Jaguar 130 min dollar elektrik avtomobili lüks elektrik avtomobili Jaguar yeni model Jaguar 2026 Tata Motors Jaguar Land Rover JLR elektromobil elektrik avtomobilləri premium avtomobil Grand Tourer 724 km yürüş məsafəsi 450 mil məsafə 0-100 km/saat Jaguar rebrendinq avtomobil bazarı Ferrari elektrik avtomobili Bentley elektrik avtomobili Çin avtomobil markaları lüks avtomobil bazarı PB Balaji Jaguar qiyməti
07.10.2026 13:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19