Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
500 manatlıq heyvanı ayda 3 manata sığortalamaq mümkündürAqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların, o cümlədən qoyun və keçilərin də sığortalanması mümkündür.
İribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmələr, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan mexanizmə əsasən, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Qiyməti 1500 manat dəyərində olan bir baş iribuynuzlu heyvanın bir il müddətinə sığortalanmasının ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir. Beləliklə, fermer üçün heyvanın illik sığortalanma xərci aylıq cəmi 3 manat təşkil edir.
Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1500 manat olan iribuynuzlu heyvan tələf olduqda 150 manat azadolma məbləği çıxıldıqdan sonra fermerə 1350 manat sığorta ödənişi verilir.
Bu baxımdan, heyvanların illik sığortalanmasına çəkilən xərc onların saxlanması ilə bağlı ümumi xərclərlə müqayisədə olduqca aşağıdır və fermerləri mümkün maliyyə itkilərindən qorumağa imkan verir.
Beləliklə, aqrar sığorta heyvandarlıqla məşğul olan fermerlərin gözlənilməz risklər nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasına və təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
40 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
44 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 46 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























