Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı

AzVak-mobil_resmin_ustu_31
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkətinin yerl filialını dövlət qeydiyyatına alıb.

Filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 69E, qanuni təmsilçisi isə Kolumbiya vətəndaşı Villalobos Herrera Hector Enrique-dir.

Reklam_3_11

Xatırladaq ki, bu il fevralın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kanadanın "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onun törəməsi "SOCAR Quba-Xəzəryanı" MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Report

Gran Tierra Energy Gran Tierra Energy Azerbaijan GmbH Gran Tierra Energy Inc SOCAR SOCAR Quba-Xəzəryanı MMC Kanadanın neft şirkəti Azərbaycanda xarici şirkət xarici şirkətin filialı Dövlət Vergi Xidməti neft-qaz kəşfiyyatı Quba-Xəzəryanı hasilatın pay bölgüsü sazişi HPBS PSA neft-qaz investisiyaları Rövşən Nəcəf Gary Guidry Villalobos Herrera Hector Enrique Elnur Ağatağıyev 3D seysmik tədqiqat kəşfiyyat quyuları Azərbaycan enerji sektoru 2026
10.10.2026 10:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19