Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq"

AzVak-mobil_resmin_ustu_31
"Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq.

Bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.

“Ticarət və investisiyalar sahəsində də hansı addımları ata biləcəyimizi mütləq nəzərdən keçirməliyik. Bu imkanları geniş müzakirə etmiş və ticarət-investisiya əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. Müvafiq imkanlar baxımından yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ isə məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”, - Prezident İlham Əliyev qeyd edib.

Azərbaycanla Kamboca ticarət əlaqələrini yaxşılaşdırmaq üçün çərçivə sazişi imzalayacaq

Azərbaycanla ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün çərçivə sazişinin imzalanması barədə razılığa gəldik.

Bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

Baş nazir qeyd edib ki, 2014-cü ildə baş tutan səfər zamanı əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən yol xəritəsi hazırlayıblar:

“Əminəm ki, bugünkü səfərimdən sonra ticarət əlaqələrimizi yaxşılaşdırmaq üçün müxtəlif sahələrdə birgə işləyə biləcəyik. Bu məqsədlə çərçivə sazişinin imzalanması barədə razılığa gəldik. Həmin saziş çərçivəsində ticarət əlaqələrimizin inkişafı üçün konkret tədbirləri müəyyənləşdirəcək və onların həyata keçirilməsini təmin edəcək birgə işçi qrupu fəaliyyət göstərəcək”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

"Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir"

"Əminəm ki, Kamboca Krallığının Baş nazirin rəsmi səfərindən sonra ticarət dövriyyəmizdə ciddi artım müşahidə edəcəyik".

Bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.

“Ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir. Lakin əminəm ki, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə ciddi artım müşahidə edəcəyik. Müxtəlif sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması perspektivlərini, turizm imkanlarını, təhsil sahəsində əməkdaşlığı da müzakirə etdik”, - Prezident İlham Əliyev qeyd edib.

12.10.2026 12:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19