Sahibkardan rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi
Maliyyə sanksiyasını azaltmaq müqabilində rüşvət alma ittihamı. Dövlət Vergi Xidmətinin məlumatı əsasında əməliyyat keçirildi –Sahibkara daha az cərimə yazmaq üçün rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi. Vergi yoxlamasında rüşvət qalmaqalı – Dövlət Vergi Xidmətinin əməkdaşı həbs olundu.Azərbaycan Respublikasının Baş Prokurorluğu vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Marja xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.
Məlumata görə, vergi yoxlamalarının həyata keçirilməsi zamanı yol verilən qanun pozuntularına qarşı mübarizə aparılır. Belə tədbirlərdən biri kimi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə sözügedən Xidmətin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin dövlət vergi müfəttişi Rüfət Alıyevin 2026-cı ilin sentyabr ayında Gəncə şəhərində fəaliyyət göstərən sahibkardan vergi yoxlaması həyata keçirilən zaman daha az miqdarda maliyyə sanksiyası tətbiq edilməsi müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Alıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 21 saat sonra
-
2 d. əvvəl
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
-
48 d. əvvəl
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
-
53 d. əvvəl
Sahibkardan rüşvət almaqda şübhəli bilinən vergi müfəttişi həbs edildi
-
57 d. əvvəl
Nizami City-də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil ®
-
1 saat əvvəl
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycanda ən çox istifadə olunan 10 toxum sortundan 3-ü “Agro Dairy” şirkətinə məxsusdur
Mərkəzi Bank ödəniş şirkətinə icrası məcburi olan göstəriş verib
Ən çox oxunanlar
Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb
Azərbaycan neftinin son qiyməti
Avstraliya faiz dərəcəsini son 18 ilin ən yüksək səviyyəsinə qaldırdı – İnflyasiya ilə mübarizə sərtləşir
ABŞ-dan Avropaya mayeləşdirilmiş qaz ixracı kəskin artdı – Qiymətlər son illərin ən yüksək səviyyəsində
Rəsmi məzənnələr açıqlandı


























