Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb

31 illik geyim brendindən Bakıda yeni addım — mağazalarının sayı 6-ya çatdı. Azadlıq prospektində 2 min 400 kvadratmetrlik geyim mağazası açılıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

ÇİNİCİ geyim brendinin Bakının Azadlıq prospekti 100 ünvanında yeni mağazası açılıb. Üç mərtəbədən ibarət, ümumi sahəsi 2 min 400 kvadratmetr olan mağazada 30 nəfərin məşğulluğunun təmin edilməsi nəzərdə tutulur.

Marja.az xəbər verir ki, yeni mağazanın açılması ilə brendin mağazalarının sayı 6-ya çatıb.

Açılış mərasimində çıxış edən ÇİNİCİ brendinin təsisçisi İrfan Şahin markanın fəaliyyəti və inkişaf yolu barədə məlumat verib. O, brendin 31 illik tarixə malik olduğunu bildirib.

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, səfirliyin müşavirləri, Türkiyənin Naxçıvandakı baş konsulu Ali Sevim, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin və dərnəyin üzvləri iştirak ediblər.

Fuat Kayhan çıxışında ÇİNİCİ-nin uzun illər ərzində əldə etdiyi uğurları və inkişafını yüksək qiymətləndirib. O, yeni mağazanın yaradılması və açılışa hazırlanması prosesində MÜSİAD Azərbaycan üzvləri arasında əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm təzahürlərindən birinin iqtisadi və ticarət əməkdaşlığı olduğunu bildirib. Səfir Türkiyə Səfirliyinin iş dünyasının nümayəndələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

ÇİNİCİ Çinici yeni mağaza ÇİNİCİ Bakı İrfan Şahin MÜSİAD Azərbaycan Fuat Kayhan Birol Akgün Azadlıq prospekti geyim mağazası yeni iş yerləri
02.11.2026 12:14
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19