970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır

“BQ” ASC 1 milyon 360 min manatlıq istiqraz buraxmağı planlaşdırır
AzVak-mobil_resmin_ustu_31
Mənfəəti 52 faizə yaxın artan şirkət yeni istiqrazlar buraxmağa hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lombard fəaliyyəti ilə məşğul olan “BQ” ASC ümumi nominal dəyəri 1 milyon 360 min manat olan istiqrazlar buraxmağı planlaşdırır. İlk iki buraxılış üzrə illik kupon dərəcəsi 15 faiz, istiqrazların tədavül müddəti isə 7 il nəzərdə tutulub.

Marja.az şirkətin baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 13 min 600 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazı əhatə edir.

Faizlər hər 30 gündən bir ödəniləcək. İlk iki buraxılış üzrə hər istiqraza bir kupon ödənişində 1 manat 25 qəpik düşəcək. İstiqrazın nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə qaytarılacaq. Tədavül müddəti ərzində emitent və investor qarşılıqlı razılıq əsasında istiqrazın geri alınması barədə razılaşa bilərlər.

İlkin yerləşdirmənin Bakı Fond Birjasında birqiymətli hərracla aparılması nəzərdə tutulur. Hərracın tarixini emitent müəyyən edəcək və ən azı iki iş günü əvvəl birjanın və şirkətin saytlarında açıqlayacaq. Emissiyanın anderrayteri “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.

Şirkət emissiyadan cəlb edəcəyi vəsaiti dövriyyə vəsaitlərinin artırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır.

“BQ” ASC-nin xalis mənfəəti 52 faizə yaxın artıb

Prospektdə yer alan audit edilmiş göstəricilərə əsasən, “BQ” ASC 2025-ci ili 521 min 771 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 178 min 444 manat və ya 52 faizə yaxın artım deməkdir.

2025-ci ilin sonunda şirkətin aktivləri 37 faiz artaraq 6 milyon 887 min 662 manata, kredit portfeli isə 29,7 faiz artaraq 5 milyon 846 min 524 manata çatıb. Eyni dövrdə 30 gündən çox gecikmiş kreditlərin portfeldə payı 8,5 faizdən 5,2 faizə enib.

Şirkətin öhdəlikləri 27,5 faiz artaraq 6 milyon 203 min 767 manata yüksəlib. Kapital isə 162 min 124 manatdan 683 min 895 manata çatıb. Prospektdə kredit portfelinin keyfiyyətinin pisləşməsi və likvidlik çətinlikləri istiqraz ödənişlərinə təsir edə biləcək risklər sırasında göstərilib.

“BQ” ASC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət daşınar əşyaların girovu müqabilində qısamüddətli lombard kreditləri verir. Nizamnamə kapitalının 100 faizi Fərman Quliyevə məxsusdur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BQ ASC BQ istiqrazları 15 faizli istiqraz 7 illik istiqraz aylıq kupon ödənişi Bakı Fond Birjası BFB hərracı İNVEST-AZ korporativ istiqrazlar lombard kreditləri baza emissiya prospekti
13.11.2026 09:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19