“Azərxalça” hesabat verdi - İXRAC BAŞLAYIB
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2018-ci ili uğurla başa vurur.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu il cəmiyyətin daha 10 filialı üçün bina tikilib.
2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binalarında son tamamlama işləri görülür. Həmin filialların hər birində 150 toxucu, 14 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək.
Ölkə rəhbərinin bu ilin avqustun 27-də imzaladığı Sərəncamla İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” ASC-yə 2,4 milyon manat vəsait ayrılıb. Bu emalatxana binasında artıq tikinti işlərinə başlanılıb.
Bu il ərzində “Azərxalça”nın fəaliyyət göstərən 11 filialında 1456 ədəd, 5049,23 kvadratmetr xalça toxunub.
Cəmiyyətin filialları arasında ən məhsuldarı Tovuz rayonundakı xalça istehsalı emalatxanasıdır. Belə ki, 2018-ci ildə Tovuz filialında 685,14 kvadratmetr xalça istehsal olunub.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça fabriklərini xammalla təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyrici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə 2019-cu ilin may ayından etibarən yun və boyaq bitkiləri toplanılacaq.
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək. 2019-cu ildə də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni filialların yaradılması nəzərdə tutulub. Növbəti ilin sonuna qədər Cəmiyyətin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra “Azərxalça”nın emalatxanalarında beş mindən çox insan çalışacaq.
Gələn il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2018-ci ildə artıq bu işin təməli qoyulub. Potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.
Xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
23 d. əvvəl
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
-
-
28 d. əvvəl
Bank of Baku-dan SOCAR işçilərinə özəl şərtlərlə 80.000 AZN-dək kredit
-
1 saat əvvəl
Azərbaycanın Neft Fondu Asiyanın iri investorları ilə bir Şurada
-
1 saat əvvəl
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
-
3 saat əvvəl
“Diadem” şirkətinin gəlirləri 10 milyon manat azalıb, illik zərəri 6,5 milyon manata yüksəlib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakıda yeni kağız və gigiyenik məhsullar zavodu açıldı - 27 milyon manat sərmayə, 240 daimi iş yeri
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
Kommersiya qurumlarının sayı 6,6 faiz artıb
Sentyabrın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bakıda yeni kağız və gigiyenik məhsullar zavodu açıldı - 27 milyon manat sərmayə, 240 daimi iş yeri
Məqsədli büdcə fondları ləğv ediləcək
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
“Unibank”ın sədr müavini vəzifədən ayrılıb
AzInTelecom media nümayəndələri üçün təlim keçirib
“NİZAMİ CİTY” - şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya - VİDEO ®























