"25 milyon manata yeni mebel fabrikinin tikintisinə başlamışıq"
“Saloğlu” şirkəti yeni mebel fabrikinin tikintisinə başlayıb.
“Marja” xəbər verir ki, bunu Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev bildirib.
Firmanın Direktoru qeyd edib ki, Saloğlu” firması 2002-ci ildən fəaliyyət göstərir. 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabriki, 2016-cı ildə isə “Modern” mebel fabriki istifadəyə verilib,
““Venzana” mebel fabrikinin təməlini qoymaqla bizə böyük sevinc hissləri yaşatmısınız. Zamanın tələbinə uyğun olaraq verdiyiniz müdrik qərarlar, həyata keçirdiyiniz islahatlar yerli istehsalın getdikcə daha da güclənməsinə təkan verir. Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur”.
25 MİLYON MANATLIQ LAYİHƏ
Firmanın direktoru, “hazırda 400 nəfərlik kollektivlə fəaliyyət göstəririk” deyərək çıxışına belə davam edib: “Müəssisəmizə son səfəriniz zamanı verdiyiniz tövsiyələrdən sonra istehsal sahələrimizi genişləndirməklə 2500 iş yerinin açılmasını hədəf götürdük. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək”.
“AVROPAYA MEBEL İXRAC EDƏCƏYİK”
Tacəddin Mustafayev bildirib: “11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün müəssisəmizə investisiya təşviqi sənədi verilib ki, bundan əldə olunan qənaət yenə də istehsal fəaliyyətimizin genişləndirilməsinə yönəldiləcəkdir. Bu da biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
45 d. əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
46 d. əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
51 d. əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
1 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
3 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























