"İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauell, iclasın ardından keçirdiyi mətbuat konfransında "İqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolu faiz məsələsində səbrli olmaqdır" - deyib.
"Marja" xəbər verir ki, qlobal, o cümlədən Çin və Avropada iqtisadi artımın ləngidiyini deyən Fed sədri, siyasətin məlumatlara bağlı olduğunu vurğulayıb.
"Davamiyyətli iqtisadi fəaliyyət və güclü əmək bazarı gözləyirik", - deyən Pauell, ABŞ iqtisadiyyatının mükəmməl bir nöqtədə olduğunu deyib.
İnflyasiyanın 2%-lik hədəfə yaxın qaldığını qeyd edən Fed sədri, iqtisadiyyatı ən yaxşı şəkildə dəstəkləməyin yolunun səbrli olmaq olduğunu vurğulayıb. Pauell, səbrli olma müddətinin nə zaman başa çatacağının tamamilə gələn məlumatlara bağlı olduğunu deyib.
Pauell, neftin qiymətinin aşağı düşməsinin inflyasiyanı aşağı salmağa davam edəcəyini deyib.
Fed Sədri, "Siyasətimizin bu anda məqsədəuyğun olduğunu düşünürük" deyib və siyasəti sürətli bir şəkildə dəyişdirməyi tələb edəcək bir səbəb olmadığını vurğulayıb.
Pauell, "İqtisadi göstəriciləri geniş miqyasda qiymətləndirəcəyik" deyib və növbəti faiz qərarının statistik məlumatlara bağlı olacağını sözlərinə əlavə edib.
ABŞ-da federal hökumətinin bağlı qalması məsələsini dəyərləndirən Fed sədri, "Hökumətin bağlanması ilk rüb iqtisadi inkişafına təsir göstərəcəkdir",- şəklində bildirib.
Pauell, son məlumatların qlobal iqtisadi artım tempinin yavalşlamaqda davam etdiyinə işarə etdiyini qeyd edib.
Pauell, "Sərt "Brexit" ABŞ-a təsir göstərəcəkdir", - deyib.
Pauell, "Siyasi narahatlıqlar bizim üçün heç vaxt önəmli olmayacaq",- da deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bu gün Fed faizdə dəyişikliyə getməyərək 2.25% - 2.50% aralığında saxlayıb. ABŞ Mərkəzi Bankı faiz artırmaqda "səbrli olacağını" açıqlayıb.
Fed faiz artımaqda səbirli olmaqla iqtisadi inkişafı, məşğulluğu dəstəkləməyi hədəfləyir. Çində və Avropada iqtisadi artım yavaşlayıb. ABŞ iqtisadiyyatında da inkişafın ləngiyəcəyi ehtimal edilir. Brexit, ABŞ-Çin ticarət müharibələri də qeyri-müəyyənlik yaradır. Belə bir vəziyyətədə əlavə faiz artırmaq lüzumsuz ola bilər.
Analitiklər nəyinki Fed-in faiz artırmağı dayandıracağını, hətta faiz endirə biləcəyini də dilə gətirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
1 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
1 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
1 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
4 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib
























