Azərbaycanda ən çox alınan qiymətli kağız – MƏLUM OLDU
Azərbaycanın qiymətli kağızlar bazarında ən çox alınıb-satılan investisiya aləti məlum olub. Bu – Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarıdır.
Azərbaycanın istiqraz bazarında aparılan əməliyatların 76%-dən çoxu SOCAR İstiqrazlarının payına düşür. Bu barədə SOCAR istiqrazlarının təkrar bazarı üzrə market meyker olan «PSG Kapital» investisiya şirkətindən məlumat verilib.
2017-ci ilin ilk iki ayı ərzində Azərbaycanın qiymətli kağızlar bazarında istiqrazlarla 38,6 milyon dollarlıq və ya 69,7 milyon manatlıq əməliyyat həyata keçirilib. Bura Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları, korporativ istiqrazlar və Dövlət Neft Şirkətinin daxili bazar üçün buraxdığı SOCAR istiqrazları aiddir.
İlk iki ayın nəticələri göstərir ki, istiqraz bazarında əməliyyatların böyük hissəsi SOCAR istiqrazlarının payına düşür. Belə ki, yanvar-fevral aylarında birjada 29,4 milyon dollarlıq istiqraz alınıb satılıb ki, bu da ümumi istiqraz bazarının 76,2%-i deməkdir. Digər korporativ istiqrazlarla aparılan əməliyyatlar 7,4 milyon dollar, dövlət istiqrazları ilə aparılan əməliyyatların həcmi isə 1,7 milyon dollar təşkil edib.
Ümumiyyətlə, SOCAR istiqrazlarının təkrar bazara buraxılmasından keçən müddətdə bu kağızlar bazarda ən aktiv alınıb-satılan investisiya alətinə çevrilib.
Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin sentyabr-oktyabrında dövriyyəyə buraxılıb. Ötən il oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Həmin vaxtdan indiyədək (fevralın sonunadək) Bakı Fond Birjasında istiqrazlarla 89,2 milyon dollarlıq əməliyyat aparılıb. Bu əməliyyatların təqribən 3 milyon dolları Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının, 23,1 milyn dolları korporativ istiqrazların, 69,1 milyon dolları və ya 70,7%-i SOCAR istiqrazlarının payına düşüb.
Qeyd edək ki, SOCAR istiqrazları təkcə istiqraz bazarında deyil, bütün qiymətli kağızlar bazarında ən böyük tələbat olan qiymətli kağıza çevrilib. Belə ki, hazırda bazarda digər qiymətli kağızlarla aparılan əməliyyatların böyük hissəsi «birdəfəlik» xarakter daşıyır. Daha dəqiqi, bu kağızların ilkin yerləşdirilməsindən sonra təkrar bazarda əməliyyatların həcmi cüzi olur. Bundan başqa, əməliyyatların böyük hissəsi hüquqi şəxslər – banklar, şirkətlər və investisiya şirkətlərinin arasında baş verir.
SOCAR istiqrazlarında isə təkrar bazar olduqca aktivdir, indiyədək buraxılmış 100 milyon dollarlıq istiqrazlar üzrə 69 milyon dollarlıq əməliyyat aparılıb. Bu isə o deməkdir ki, hər 10 istiqrazdan 7-si təkrar bazarda yenidən alınıb satılıb. SOCAR istiqrazları hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər və adi vətəndaşlar arasında da ən populyar qiymətli kağıza çevrilib. Onun alıcıları arasında ölkənin bütün bölgələrində yaşayan sakinlər, eləcə də, xarici vətəndaşlar var.
İstiqrazların belə populyarlığının əsas səbəbi onların gəlirliyinin yüksək (illik 5% - bank əmanətlərindən iki dəfə gəlirli) olması, eləcə də, tam zəmanətlə buraxılması və asanlıqla pula çevrilə bilmək imkanıdır. Belə ki, SOCAR öz istiqrazlarını ən azı nominal qiymətə, yəni 1000 dollara almağa zəmanət verdiyinə görə, istiqrazların qiyməti bu həddən aşağı enmir. İstiqrazların alınıb-satılması prosesi isə qısa müddət çəkdiyinə görə, istiqraz sahibi onu dərhal pula çevriə bilir.
Xatırladaq ki, Dövlət Neft Şirkətinın (SOCAR) daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək. İlk faiz ödənişi 17 yanvar 2017-cı ildə həyata keçirilib, növbəti ödəniş aprelin 17-də olacaq. Həmin gün istiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar ödəniləcək.
Hazırda birjada SOCAR istiqrazlarını 1007 dollara almaq, 1001 dollara satmaq mümkündür.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 47 d. əvvəl
- 58 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
-
1 gün əvvəl
"Moody’s": Geosiyasi dəyişikliklər Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır
-
1 gün əvvəl
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıdan Tbilisiyə qatar biletləri ucuzlaşır – Yeni qiymətlər açıqlandı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Ən çox oxunanlar
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma
Noyabrın 1-də gözlənilən hava şəraiti
Fransanın kredit reytinqi üzrə proqnozu “neqativ”ə endirildi– Borc böhranı riski artır

























