Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

AzVak-mobil_resmin_ustu_31
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib.

Bu barədə reytinq agentliyinə istinadən xəbər verilir.

Qeyd olunub ki, 2025-ci ilin sonuna Azərbaycan banklarının likvid aktivlərinin ümumi bank aktivlərində payı 37,4% təşkil edib. Bu göstərici Qazaxıstanda 37,5%, Ermənistanda 35,3%, Özbəkistanda 32,1%, Gürcüstanda isə 25,7% olub. Beləliklə, Azərbaycan likvid bank aktivlərinin payına görə müqayisə edilən beş ölkə arasında ikinci yerdə qərarlaşıb.

"Moody’s"in məlumatına görə, Azərbaycanda bankların maddi əsas kapitalının risklə ölçülmüş aktivlərə nisbəti 19,2% təşkil edib. Müvafiq göstərici Qazaxıstanda 20,4%, Ermənistanda 17,9%, Gürcüstanda 17,1%, Özbəkistanda isə 13,9% səviyyəsində olub. Azərbaycan bu göstərici üzrə də regionun müqayisə edilən ölkələri arasında ikinci yerdədir.

Agentlik Mərkəzi Asiya və Qafqaz ölkələrinin bank sektorlarının potensial itkiləri qarşılamaq üçün güclü ehtiyatlara malik olduğunu vurğulayıb.

"Moody’s"in qiymətləndirməsinə əsasən, bankların mövcud kapital və likvidlik ehtiyatları kreditləşmənin genişləndirilməsi üçün kifayətdir.

Bununla yanaşı, hesabatda region banklarının maliyyələşmə mənbələrinin əsasən qısamüddətli və nisbətən bahalı olduğu qeyd edilib. Azərbaycanda 2025-ci ilin sonuna qısamüddətli vəsaitlərin ümumi maliyyələşmədə payı 95% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

31.10.2026 13:43
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19