Qeyri-formal məşğulluğa nəzarət üçün daha bir Fərman
Azərbaycan Prezidenti “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Marja xəbər verir ki, Fərman ilə, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib.
Fərmanda deyilir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı
Sıra №-si | İnformasiya sisteminin və ehtiyatının adı |
1 | 2 |
1. | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə |
1.1. | “Giriş-çıxış və qeydiyyat" idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi |
2. | Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə |
2.1. | “Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi |
2.2. | “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi |
2.3. | “Fərdi elektron pəncərə” elektron məlumat sistemi |
3. | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə |
3.1. | Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi |
3.2. | Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi |
3.3. | Ünvan Reyestri İnformasiya Sistemi |
4. | Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə |
4.1. | Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı |
5. | Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə |
5.1. | Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi |
6. | Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə |
6.1. | İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi |
7. | Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə |
7.1. | Milli Təhsil Məlumat Bazası |
8. | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə |
8.1. | Tibb kadrlarının vahid reyestri |
9. | Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə |
9.1. | Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi |
9.2. | Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi |
10. | Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə |
10.1. | Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı |
11. | Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə |
11.1. | Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi |
12. | Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə |
12.1. | Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri |
12.2. | “Tələbə-məzun” dövlət elektron məlumat sistemi |
12.3. | “Şagird-məzun” dövlət elektron məlumat sistemi |
13. | Dövlət Miqrasiya Xidməti üzrə |
13.1. | Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi |
14. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə |
14.1. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi |
15. | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə |
15.1. | Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi” |
16. | “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə |
16.1. | “Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi |
17. | “Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə |
17.1. | “Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası |
18. | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə |
18.1. | Qaz abunəçiləri üzrə informasiya ehtiyatı |
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
53 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
57 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü



















.jpg)




