“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
“Invest-AZ” yeni mərhələyə keçir: “InvestAZ PRO” təqdim olundu. Şirkət “InvestOR”u “InvestAZ PRO” ilə əvəz edir. Maliyyə bazarları, hesab və treydinq bir tətbiqdədir. Tanınmış idmançılar - Rafael Ağayev, Vəfa Musayeva və Tofiq Əliyev “InvestAZ PRO”nun simalarıdır. Rafael Ağayev strategiyanı, Vəfa Musayeva səbri, Tofiq Əliyev riski təmsil edir.Bu gün rəqəmsallaşma həyatın hər sahəsini əhatə edir. Eyni zamanda, gündəlik işlərdə sürət və rahatlıq daha vacib əhəmiyyət daşıyır. Bunları nəzərə alan “Invest-AZ İnvestisiya Şirkəti” QSC tətbiqini yeniləyib. Belə ki, şirkətin “InvestOR” tətbiqi “InvestAZ PRO” tətbiqi ilə əvəz edilib. Bu münasibətlə yeni reklam filmləri də hazırlanıb. 22 sentyabr 2026-cı il tarixində “Nəzarət Səndədir” şüarı ilə “InvestAZ PRO”nun yeni reklam filmlərinin təqdimatı keçirilib.
Marja.az-ın məlumatına görə, “InvestAZ PRO” tətbiqinin reklam filmləri 3 tanınmış simanın iştirakı ilə hazırlanıb. Bu simaların birincisində risk, ikincisində səbr, üçüncüsündə isə strategiya var.
Şirkətin reklam kampaniyasının simaları karate üzrə Azərbaycanın qüruru, beşqat dünya və ikiqat Avropa çempionu Rafael Ağayev, ölkəmizi zirvələrdə təmsil edən, Everest zirvəsini fəth etmiş alpinist Vəfa Musayeva və ikiqat dünya çempionu gimnast Tofiq Əliyevdir.
Qeyd edilib ki, 3 simanı “InvestAZ PRO” ilə risk, səbr və strategiya birləşdirir. Rafael Ağayev strategiyanı, Vəfa Musayeva səbri, Tofiq Əliyev isə riski təmsil edir – üçü də “InvestAZ PRO”da var.
Rafael Ağayevin iştirakı ilə çəkilən reklam işində bildirilir:
“Güc vacibdir. Bu gücü strategiyaya çevirmək üçün isə doğru anda doğru qərarlar verməlisən. Məhz bu zaman güc nəzarətə, nəzarət isə nəticəyə çevrilir. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.
Vəfa Musayevanın iştirakı ilə çəkilən reklam filmində deyilir:
“Gözün yüksəklərdədirsə, ağıllı plan qurmalı, inamla irəliləməlisən. Çünki Azərbaycan qadını inandıqda hər şeyi bacarır. Məhz bu zaman qərarları gücə çevrilir və o, zirvələri fəth edir. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.
Tofiq Əliyevin iştirakı ilə hazırlanmış reklam çarxında qeyd olunur:
“Uğur düzgün zamanda alınan risk ilə gəlir. Bunun üçün hər qərarı düşünməli, hər addımını hesablamalısan. Məhz o zaman özünə inam gücə çevrilir və qərarların səni qələbəyə aparır. Sən də yatırımda Pro olmaq istəyirsənsə, indi “InvestAZ PRO” ilə nəzarət səndədir”.
Reklam işinin simaları çıxış edərək layihədə yer almalarından, çarxların çəkilişindən bəhs ediblər və jurnalistlərin suallarını cavablandırıblar.
“Təklif gələndə araşdırma etdim. Araşdırmamdan sonra belə bir layihənin bir parçası olmaq barədə qərar verdim. Qərarımdan və bu işdə iştirak etməyimdən qürur duyuram”, – Vəfa Musayeva bildirib.
“Təkliflər, xüsusilə reklam təklifləri gələndə çox düşünürəm. Hər şey maddiyyat deyil. Təklifə müsbət cavab verdim, qısa müddətdə dostlar qazandım. Bu, milyonlara dəyər. Məni dəvət etdiyinizə görə təşəkkür edirəm”, – Rafael Ağayev deyib.
“Bu, mənə ilk böyük reklam təklifi idi. Belə bir heyətlə reklam işində iştirak etmək mənim üçün fəxrdir”, – Tofiq Əliyev bildirib.
“InvestAZ PRO” tətbiqi “InvestOR” tətbiqindən daha innovativ və çoxfunksiyalıdır. “InvestAZ PRO”da ən mühüm yeniliklərdən biri artıq istifadəçilərin birbaşa tətbiqdə ticarət apara bilməsidir. Əgər köhnə platformada (“InvestOR”) əməliyyatlar “MetaTrader 4” platformasına keçid edilərək həyata keçirilirdisə, artıq bu platforma “MetaTrader 4”ə inteqrasiya edilib və birbaşa tətbiqdə treydinq (al və sat) aparmaq mümkündür. Həmçinin qeydiyyat tam onlayn şəkildə aparılır, hesab üzrə əməliyyatlar həyata keçirmək üçün imkanlar daha geniş və rahatdır.
Təqdimatda qeyd edilib ki, maliyyə əməliyyatlarına çıxışı daha sürətli, əlçatan və rahat edən “InvestAZ PRO” tətbiqi innovativ məhsuldur:
“Bu tətbiq istifadəçiyə bazarı daha rahat izləməyi, qərarları bir platformadan idarə etmək rahatlığını təqdim edir. Bu tətbiq vasitəsilə müxtəlif maliyyə bazarlarına çıxış əldə etmək, qiymət dəyişikliklərini real vaxt rejimində izləmək mümkündür. Seçilmiş alətlər siyahısı yaradılıb. Yeni tətbiqimizə treydinq də əlavə edilib. Əmrləri yerləşdirmək, bağlamaq, bu zaman hesabı, balansı, mədaxil-məxarici, hesablararası köçürmələri tətbiqdən idarə etmək mümkündür”.
Qeyd edək ki, “Invest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycanda investisiya, brokerlik və maliyyə məsləhəti xidmətləri göstərən lisenziyalı səhmdar cəmiyyətidir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
2 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
7 saat əvvəl
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
-
7 saat əvvəl
Rusiya Mərkəzi Bankı faizləri endirmədi – İnflyasiya yenidən sürətlənir
-
7 saat əvvəl
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
-
8 saat əvvəl
Tramp Zelenskiyə çağırış etdi: Artıq Rusiya ilə razılaşmağın vaxtıdır
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
-
9 saat əvvəl
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Gəmidəki vətəndaşlarımızın hamısı xilas edilib” - Ayxan Hacızadə
Maliyyə nəhəngindən kütləvi ixtisar – Minlərlə iş yeri bağlanır
Ən çox oxunanlar
Qızılın unsiyasının qiyməti 4000 dollardan da aşağı düşdü
"Assist Finance"ın istiqrazlarına tələb təklifi 38,5 faiz üstələdi
Böyük şirkət istismara yararsız texnikalarını satır – 1 tonunun qiyməti 1 200 manatdan başlayır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kristal Bakı”da növbədənkənar yığıncaq keçirilib
Türkiyədə Orta Dəhlizi gücləndirəcək dəmir yolu xəttinin tikintisinə 250 mln. dollar ayrılıb
Azərbaycana soğan idxalı artıb – 15 057 ton






















