Prezident yeraltı piyada keçidini açdı - YENİLƏNİB
Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən biridir. Məhz bu baxımdan da keçidin inşası böyük önəm daşıyır. Yeraltı piyada keçidinin tikintisinə 2018-ci ilin noyabr ayında başlanılıb. Keçidin tikintisi qapalı qazma üsulu ilə aparılıb. Bu səbəbdən tikinti işləri Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmayıb. Qapalı qazma üsulu ilə yeraltı piyada keçidinin tikintisi Bakıda ilk dəfə burada tətbiq olunub. Piyada keçidinin ümumi uzunluğu 98, eni isə 5 metrdir. Burada müasir işıqlandırma və videomüşahidə sistemi qurulub. Keçid Heydər Əliyev prospektinin bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması, qəza hallarının aradan qaldırılması və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Keçiddən istifadə hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını aradan qaldıracaq.
Prezident İlham Əliyev yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.
Qeyd edək ki, son illərdə paytaxtda və regionlarda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin tapşırıq və sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri davam etdirilir. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Bu, həm də onu deməyə əsas verir ki, vətəndaşların rahatlığının təmin edilməsi, insanların sosial həyat şəraitinin daha da yaxşılaşdırılması, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yüksək standartlara uyğun şəkildə yenidən qurulması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan, paytaxtda və ayrı-ayrı regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, şəhər və qəsəbələrdə abadlıq və quruculuq tədbirləri davamlı şəkildə icra olunur. Bu çərçivədə 2018-2019-cu illərdə Bakı və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdi inşa edilərək istifadəyə verilib. Hazırda 8 ərazidə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
-
- 6 saat əvvəl
-
10 saat əvvəl
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
11 saat əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
12 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Ötən il Azərbaycanda 9 nəfər bir ildə ən azı 6 mənzil alıb
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















