Orta aylıq əmək haqqından daha çox maaş alan işçiyə görə dövlət nə qədər ödəyəcək? - NAZİRDƏN MÜNASİBƏT
Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir. Proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.
Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmışbu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial siğorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsi təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.
Məsələyə münasibət bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əmək haqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əmək haqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı əmək haqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əmək haqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əmək haqqı səviyyəsində müəyyən edilib.
Bu gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.
Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.
İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.
Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.
M.Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib vəölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
4 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
5 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
5 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür












.jpg)












