Azərbaycan istehsalıdır, qiyməti 250 manatadək olacaq
Azərbaycanda şokolad və karamel məhsullar istehsalçısı “Ulduz” Şokolad Fabriki premium şokoladların istehsalına başlayıb. Bunu “Marja”ya fabrikin direktoru Mahir Balasıyev bildirib.
O qeyd edib ki, yeni şokoladların istehsalında ən bahalı xammallardan istifadə olunur. Bu səbəbdən yeni məhsulun qutusunun qiyməti 250 manatadək təşkil edir.
“Yeni məhsulların qiyməti çəkisindən asılı olaraq 50 manatdan 250 manata qədər dəyişəcək. Dünyada ən bahalı şokolad xammalarını taparaq bu məhsulun istehsalına başlamışıq. Ən bahalı xammallar ilə istehsal edildiyindən məhsulun qiyməti də yüksəkdir. Bizim bu məhsulların satışından yüksək məbləğdə gəlir götürmək niyyətimiz yoxdur. Məqsəd keyfiyyətli Azərbaycan məhsulu buraxmaq və “Made in Azerbaijan” brendinə dəstək verməkdir. Avropada üst seqmentdə şokoladlar var, amma Azərbaycan həmin seqmentdə təmsil olunmur. Məqsədimiz üst seqmentə də çıxmaqdır. Bu məhsulların istehsalında Azərbaycanı xatırladan bitkilərdən istifadə olunur. Kəklikotulu, darçınlı və s. şokoladlar var. Tərkibində belə bitkilərin olduğu şokoladlar Avropa və Rusyada yoxdur”.
Onun sözlərinə görə, 10 çeşiddə premium “Ulduz” şokoladlarının istehsal edilməsi nəzərdə tutulur. Məhsullar 50-800 qramlıq qutularda, paketlərdə və hədiyyəlik qablaşdırmada olacaqdır.
Mahir Balasıyev qeyd etdi ki, məhsulların satışı supermarketlərdə xüsusi guşələrdə, “Duty-Free”lərdə, iri ticarət mərkəzlərində (Mall-larda) və Bakıda İçəri Şəhərdə təşkil ediləcəkdir.
20 ÖLKƏYƏ İXRAC OLUNUR
Fabrikin direktoru əlavə etdi ki, hazırda “Ulduz” məhsulları 20-dən çox ölkəyə ixrac olunur:
“İstehsal etdiyimiz məhsulların təxminən 30%-ni ixrac edirik. Bu yaxınlarda məhsullarımızın Səudiyyə Ərəbistanın Məkkə şəhərinə ixracına başlamışıq. Çin Xalq Respublikasının Şandon vilayətində “Ulduz”un satış mərkəzini açmışıq. Artıq 1 ildir Moskvada “Ulduz”un satış və logistika mərkəzi fəaliyyət göstərir. Logistik mərkəzdə 100 kq-dan 100 tona qədər məhsul istəyən mütəriyə xidmət göstərə bilirik”.
FABRİKİN İSTEHSAL GÜCÜ 40 FAİZ ARTACAQ
Mahir Balasıyev qeyd etdi ki, istehsalın genişləndirilməsi üzrə də işlər aparılır. Yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində gələn ildən fabrikin istehsal gücü 40% artacaqdır. Genişlənən istehsal sahəsində yeni çeşiddə məhsulların, xüsusilə biskivitlərin istehsalı nəzərdə tutulur.
“BAZAR PAYIMIZ SÜRƏTLƏ ARTIR”
“Ulduz”un yerli bazarda da bazar payı artır:
“Daxili bazarda qiymətlərimizi 20% endirmişik. Qiymət endirimindən sonra daxili bazarda payımız sürətlə artır. Hazırda bazar payımız 15%-in üzərinə çıxıb”, - Mahir Balasıyev bildirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
5 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
15 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)








.jpg)






