“Özəlləşmədən daxilolmalar hər il ən azı 1 milyard manat olmalıdır”
“Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunması və cari ildən institusional islahatlara start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətləndirilməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir”.
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Sədr qeyd edib ki, Hesablama Palatasının hesablamalarına əsasən, son iyirmi ildən artıq müddətdə özəlləşmədən daxilolmalar bir milyard manat məbləğindədir:
“Bu vəsaitin 30 faizi devalvasiyadan sonrakı üç ildə daxil olub. Həmçinin qeyd edim ki, ümumi daxilolmanın da 37 faizi torpaq sahələrinin satışından əldə edilib. Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır. Növbəti ilin bu sahədə dönüşün ilk ili olacağını vurğulamaqla keçid dövrü üçün kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər”.
Vüqar Gülməmmədov qeyd edib ki, növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır: “Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbəbdən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökumət borclanmanı idarəolunan səviyyədə saxlayacaqdır. Azərbaycan Prezidenti tərəfindən son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılması vacib tələb kimi müəyyən edilib. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
5 d. əvvəl
ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
-
7 d. əvvəl
ABŞ seçkilərindən sonra səhmlər bahalaşacaq? – 44 ilin statistikası açıqlandı
- 21 d. əvvəl
-
28 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 40 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək






















