Qeyri neft-qaz məhsullarının ixracı təxminən 18% azalıb
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11 milyard 126,8 milyon dollarını və ya 55,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 767,4 milyon dollarını (44,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2359,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,5 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 37,6 faiz, ixrac isə 10,4 faiz azalmışdır.
2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31,7 faizini İtaliyaya, 19,0 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, 3,7 faizini Xorvatiyaya, 3,5 faizini Yunanıstana, hər biri 3,4 faiz olmaqla Çin, Hindistan və İsrailə, 3,3 faizini Gürcüstana, 2,7 faizini İspaniyaya, 2,6 faizini Ukraynaya, 2,4 faizini Tunisə, 1,9 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, 1,4 faizini İsveçrəyə, 11,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38,1 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (12,2 faiz), Gürcüstana (7,6 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,7 faiz), Qazaxıstana (1,5 faiz), ABŞ-a (1,2 faiz), Almaniyaya (1,0 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,6 faizi Rusiya, 14,5 faizi Türkiyə, 13,1 faizi Çin, 6,5 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,0 faizi Ukrayna, hər biri 3,9 faiz olmaqla Fransa və İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,8 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,1 faiz, kartof – 31,7 faiz, meyvə və tərəvəz şirələri – 20,7 faiz, bitki yağları – 51,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 20,7 faiz, pambıq lifi – 11,4 faiz, polietilen – 15,6 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 3,8 faiz artmış, təzə meyvə ixracı isə 13,0 faiz, şəkər – 30,0 faiz, tütün – 26,1 faiz, çay – 5,5 faiz, meyvə və tərəvəz konservləri – 0,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 59,0 faiz, emal olunmamış alüminium – 22,4 faiz, pambıq ipliyi – 35,6 faiz, qara metallardan yarımfabrikatlar – 54,8 faiz azalmışdır.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 8,8 faiz, təzə meyvə – 13,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22,9 faiz, çay – 2,1 faiz, mal əti – 17,6 faiz, təzə tərəvəz – 37,5 faiz, minik avtomobilləri – 24,8 faiz, dərman vasitələri – 46,0 faiz, hesablama maşınları, blok və qurğuları – 23,3 faiz, qara metallardan çubuqlar – 1,6 dəfə artmış, buğda idxalı isə 16,7 faiz, xam şəkər və şəkər – 18,1 faiz, kartof – 9,8 faiz, quş əti və onun əlavə məhsulları – 20,5 faiz, siqaretlər – 75,4 faiz, qara metallardan borular – 20,2 faiz, polad prokatı – 8,8 faiz, mineral gübrələr – 5,2 faiz, rezin şinlər – 17,8 faiz, mebellər – 23,8 faiz, yük avtomobilləri – 7,8 faiz, məişət kondisionerləri – 33,0 faiz, polietilen – 24,2 faiz, paltaryuyan maşınlar – 3,7 faiz, qara metallardan künclüklər – 12,0 faiz, avtobuslar – 64,6 faiz, məişət soyuducuları – 7,4 faiz, sement və sement klinkerləri – 25,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 19 d. əvvəl
-
-
22 d. əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 25 d. əvvəl
-
29 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
33 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 45 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur


























