Nazir "Twitter"də əlavə dəyər vergisinin qaytarılmasından yazdı
Azərbaycanda 2020-ci il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb.
Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazirin sözlərinə görə, ilin innovasiya layihəsi nominasiyasının qalibi seçilən "ƏDV geri al" həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi bir sıra bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.
Xatırladaq ki, ötən ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.
"İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş #ƏDVgerial həm vətəndaşlar, həm də #biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir. Ötən il layihə çərçivəsində vətəndaşlara 33.4 mln. #manat vəsait qaytarılıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 21, 2021
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 45 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















