Azərbaycanda minik avtomobili istehsalı azalıb
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 408 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,3% az minik avtomobili istehsal olunub.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 267 ədəd təşkil edib. 01.03.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 169 ədəd təşkil etmişdi.
Yanvar ayında Azərbaycanda traktor istehsal edilməmişdi. Bu il Azərbaycanda Fevral ayında 51 ədəd, Mart ayında isə 39 ədəd olmaqla cəmi 90 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin 1-ci rübü ilə müqayisədə 5,9% artıb. 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 89 ədəd təşkil edib. Traktorlar üzrə 01.03.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 120 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
42 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 44 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub





















