Prezident Ağcabədi və Bərdə üçün pul ayırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə1,4 milyon manat ayrılıb
Ağcabədi və Bərdə rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Rayonun adı | Quyuların sayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
1. | Ağcabədi | 10 | Göyük kəndi (2 quyu) | 931 |
Hindarx qəsəbəsi | 9721 | |||
Xocavənd kəndi | 3778 | |||
İmamqulubəyli kəndi | 1240 | |||
Salmanbəyli kəndi | 2692 | |||
Şahmalılar kəndi | 328 | |||
Şərəfxanlı kəndi | 957 | |||
Yuxarı Qiyaməddinli kəndi (2 quyu) | 3555 | |||
| Bərdə | 10 | Bala Qacar kəndi | 904 |
Birinci Qaradəmirçi kəndi | 2218 | |||
Əmirli kəndi | 2048 | |||
Hacallı kəndi | 1740 | |||
Xanərəb kəndi | 2266 | |||
Xanxanımlı kəndi | 407 | |||
İkinci Nazırlı kəndi | 824 | |||
Körpüsındıran kəndi | 722 | |||
Kürdborakı kəndi | 721 | |||
Mehdixanlı kəndi | 2009 | |||
Cəmi: | 20 | 18 | 37 061 | |
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























