Yüksək performanslı Hyundai Elantra N modeli təqdim edildi
Hyundai Motor Company, Elantra N Debütu ilə indiyə qədər olan ən yüksək performans səviyəsini təqdim etdi-Hyundai Motor Company, N subbrendində sürətli avtomobilləri sevən müştəriləri üçün yüksək performanslı Elantra N modelini təqdim etdi.
-Elantra N, 280 at gücü və 392 Nm fırlanma anına malik 2.0 litrlik T-GDI mühərriki ilə parkur təcrübəsini küçələrə çıxarır.
-C sedan seqmentində yüksək performans təklif edən Elantra N, 0 ilə 100 km/s arasında 5.3 saniyəyə sürətlənir.
Yüksək performanslı N modelləri ilə son günlərin ən çox danışılan markası olan Hyundai, bu dəfə C sedan seqmentindəki təmsilçisi Elantra'nın 280 at gücündə N versiyası ilə bütün diqqətləri öz üzərinə çəkdi. "İsti" sedan adlanan avtomobil, ən məşhur Hyundai modeli Elantra-ya çox fərqli bir şəxsiyyət verir. Gündəlik istifadəyə son dərəcə uyğun olan Elantra N, standart modeldən çox fərqli şəkildə istehsal olunur. Dinamik idarəetmə potensialına sahib olan avtomobil aqressiv dizaynla gəlir. Elantra N-in inkişafında 40-dan çox element rol oynamışdır. Sürətli avtomobilləri sevən istifadəçilər üçün təsir edici bir xarakter nümayiş etdirən avtomobil, Hyundai'nin ilk yüksək performanslı sedanı kimi də seçilir.
Elantra N 2.0 litrlik turbo mühərriklə təchiz edilir. Bu mühərrik, standart 2.0 litrlik Hyundai mühərriklərindən fərqli olaraq, 52 mm diametrli turbin təkərinə malikdir. Bundan əlavə, silindr başlığının forması və materialı ilə birlikdə mühərrikin həm performansı, həm də davamlılığı artırılmışdır. Nəticədə, yeni nəsil turbo mühərrik texnologiyası ilə birlikdə effektiv sürətlənmə üçün 5500 dövr/dəq ətrafında maksimum güc çıxışı əldə edilir.
Elantra N sedanı 2.0 lt turbo mühərriklə 280 at gücü və maksimum 392 Nm fırlanma anı təklif edir. Bu inanılmaz fırlanma anı ilə Elantra N, Səkkiz pilləli N DCT "robotu" ilə ötürmələri təxirəsalmadan ön təkərlərə ötürür və eyni zamanda N Grin Shift (NGS) ilə turbo təzyiqini artırır. Üstəlik, bu zaman mühərrikin gücü 290 at qüvvəsinə qədər artır. Nəticədə Elantra N 250 km/s sürətə çatır və 0-100 km/s sürəti cəmi 5.3 saniyəyə yığır.
Elantra N-in bu canlı idarəetmə performansı və xüsusən də sərt döngələrdə dinamikliyi, standart olaraq təklif olunan e-LSD (elektron Məhdud Slip Diferensial) tərəfindən təmin edilir. Bu xüsusiyyətə əlavə olaraq performans sürücüsü Dəyişən İşlənmiş Qaz Klapan Sistemi və "Launch Control" tərəfindən dəstəklənir. Eyni zamanda, Elantra N, yüksək performanslı mühərrikə paralel olaraq güclü əyləc sistemi ilə gəlir. Ön və arxa hissələrdə 360 mm diametrli əyləc qəliblərinə və bu qəlibləri soyutmaq üçün havalandırma kanalları malikdir.
Elantra N idarəetmə həzzi üçün xüsusi avadanlıqla təchiz edilir. N Sound Equalizer sistemi (NSE) , TCR seriyasında yarışan ELANTRA avtomobilinin mühərrik və qaz səslərini təqlid edir və beləliklə sürücünün daha real, daha dinamik bir mühərrik səsi eşitməsinə imkan verir. Nəhayət, Elantra N, dinamik idarəetmə performansını dəstəkləmək üçün Michelin Pilot Sport 4S şinləri olan 19-düymlük disklər ilə təchiz edilmiş ilk N modelidir.
N modellərinə xas olan interyer Elantra-da da görülür. N sükan çarxı, N sürətlər qutusunun qolu, N Yarış oturacaqları, N qapı qoruyucu panellər və N metal pedallar kimi elementlər avtomobili hazırkı Elantra modelindən çox fərqli bir atmosferdə olmasını təmin edir. 10.25 duym əyləncə ekranında yer alan N Modu sayəsində avtomobilin bütün dinamikləri və DNT-ləri elektron olaraq dəyişdirilə bilər və dərhal fərqli idarəetmə rejimləri seçilə bilər.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
6 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
6 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
























