Bu il hərracda satılan ən bahalı retro avtomobillər
Son yüzillikdəki əksər nəslin nümayəndəsi var...ABŞ-da 1950-ci illərin sonlarında idman yarışları kimi başlayan, daha sonra retro avtomobillərin ənənəvi sərgisinə çevrilmiş tədbir - Kaliforniyadakı Pebble çimərliyində keçirilən Monterey Avtomobil Həftəsinin bu ilki hərracı ötən həftəsonu baş tutub.
Ötən il pandemiya səbəbindən keçirilməyən tədbirə maraq bu il ikiqat artıb. Marja avtomobil həvəskarları üçün hərracdan ən maraqlı məqamları və satılan bahalı modellər barədə məlumatı təqdim edir.
2019-cu ildə auksiona çıxarılan avtomobillərin cəmi 59%-i satılmışdısa, bu ilki rəqəm 80% təşkil edib.Bütövlükdə satılan retro avtomobillərin dəyəri 345 milyon dollar olub ki, bu da 2019-cu ilin nəticəsindən 35% çoxdur.
Bu ilin ulduzu - McLaren, ən çox tələb olunan brend - Ferrari...
Formula 1-in əsas tərəfdaşı McLaren-in 1995-ci ildə buraxdığı, həmin dövrdə dünyanın ən sürətli avtomobili sayılan F1 modeli rekord qiymətə - 20,5 milyon dollara satılıb. Hərracdakı alıcıların ən çox maraq göstərdiyi avtomobil markası isə Ferrari olub. Ən bahalı avtomobillərin ilk 10-luğunda Ferrarinin 5 modeli təmsil olunur.
Monterey Avtomobil Həftəsində satılan ən bahalı 10 avtomobil:
1. McLaren F1 Coupe, 1995-ci il - 20,5 milyon dollar
2. Ferrari 250 California, 1959-cu il - 10,8 milyon dollar
3. Aston Martin DB4 GT Zagato Coupe, 1962-ci il - 9,5 milyon dollar
4. Ferrari 268 SP Spider, 1962-ci il - 7,7 milyon dollar
5. Ferrari 275 GTB Long Nose, 1966-cı il - 7,7 milyon dollar
6. Ferrari 250 GTTdF Coupe, 1958-ci il - 6 milyon dollar
7. Bugatti Type 35B Grand Prix Roadster, 1929-cu il - 5,6 milyon dollar
8. Mercedes-Benz 26/120/180 S, 1928-ci il - 5,4 milyon dollar
9. Ferrari 250 GT Cabriolet SI, 1958-ci il - 4,4 milyon dollar
10. Shelby Cobra 289 R&P Roadster, 1963-cü il - 4,1 milyon dollar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







