114 milyon zərərdən sonra 716 milyon manat xalis mənfəət - AZƏRBAYCAN ŞİRKƏTİ VƏZİYƏTİNİ AÇIQLADI
Pandemiya ilin “Silk Vey Vest Aviaşirkəti”nin cəmi gəlirləri 2,2 dəfə artaraq 2 milyard 350 milyon manatı aşıb.“Silk Vey Vest Aviaşirkəti” MMC 2020-ci ili 716 milyon 262 min xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 113 milyon 871 min manat xalis zərər ilə bağlamışdı.
Marja şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 1 milyard 49 milyon 706 min manat təşkil etmiş cəmi gəlirlər 2020-ci ildə 2 dəfədən çox artaraq 2 milyard 353 milyon 2 min manat təşkil edib.
Ötən il “Silk Vey Vest Aviaşirkəti”nin vergidən əvvəlki mənfəəti 780 milyon 831 min manat təşkil edib. Şirkət 64 milyon 569 min manat mənfəət vergisi ödəyib.
31 Dekabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC 1 milyard 735 milyon 282 min manat cəmi aktivlərə, 337 milyon 495 min manat cəmi kapitala malik olub.
Bu gün “Silk Vey Vest Aviaşirkəti” 50-dən çox istiqamətə müntəzəm və çarter reysi həyata keçirir. Aviaşirkətin donanması ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilmiş 12 Boeing 747-400F və Boeing 747-8F təyyarələrindən ibarətdir. 2016-cı ildə Silk Way West, Boeing tərəfindən donanma sayı, coğrafi əhatə dairəsi və yük həcmi baxımından ən sürətli inkişaf edən hava yolu şirkəti olaraq tanınıb. Bu gün hava yolu şirkəti bu üç meyara görə Avropada üçüncü yerdədir.
Heabatda verilən məlumata görə, “Silk Vey Vest Aviaşirkəti” Zaur Axundovun nəzarətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI


























