Vergi Xidmətinin rəisi vergi artandan sonra siqaretin qiymətini açıqladı
"Bundan sonra siqaretin bir qurusunun orta qiyməti 2,60 manat təşkil edəcək."“Vaxtilə bizdə aksiz dərəcəsi çox aşağı səviyyədə idi. Bunun ardıcıl olaraq qaldırılması planı vardı”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, vaxtilə siqaret bazarında kölgə iqtisadiyyatının səviyyəsi kifayət qədər yüksək olub:
“Bu gün son göstərici təxminən 2-3%-dir. Bütün ölkələrdə bu göstərici var. Amma əvvəlki dövrdə aksizin birdən-birə artırılması düzgün addım olmazdı. Bu sahə ilə məşğul olan sahibkarlar anlayır ki, proses davamlı olacaq. Bu gün bir qutu siqaretin orta qiyməti 2,40 manat təşkil edir. Aksizlərə tətbiq edilən artım qiyməti siqaretlərin də orta qiymətinə təsir edəcək. Bundan sonra siqaretin bir qurusunun orta qiyməti 2,60 manat təşkil edəcək. Bu sahədən əldə olunan gəlirlər dövlət səhiyyə sahəsinə ayrılır. Məsələ bu şəkildə tənzimlənir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















