Türkiyəli məşhur həkim Baha Toygar eynəkdən və linzalardan sizi azad etmək üçün "Dünyagöz"də
Əməliyyat 5-6 dəqiqə çəkir. Əməliyyatdan sonra göz daxii təzyiqə nəzarət etmək üçün xəstə bir neçə saat müşahidə altında saxlanılır. Daha sonra evə buraxılır. Ağrı və tikiş olmadığı üçün xəstə ertəsi gün normal həyatına qayıdır.
(®) Op. Dr. Baha Toygar 20 - 23 Dekabr tarixlərində xəstələrini "Dünyagöz Bakı" xəstəxanasında qəbul edəcək.
Miyopiyadan, Hipermetropiyadan və Astiqmatizmdən təhlükəsiz şəkildə qurtulmaq mümkündür.
Lazer əməliyyatı ilə eynək və linzalarınızdan ömürlük gurtula bilərsiniz. Lazer sayəsində 8 dərəcəyə qədər olan miyopiya, 6-ya qədər olan astiqmatizm, 4-ə qədər olan hipermetropiya sıfırlana bilər.
Op. Dr. Baha Toygar "DünyaGöz" xəstəxanasının oftalmologiya mütəxəssisidir.
Lazer müalicəsi kimlərə tətbiq olunur?
* Lazermüalicəsi görmə qüsuru olan xəstələrə (miyopiya, hipermetropiya və astiqmatizmi olanlar) eynək və linzalarından qurtulmaq üçün tətbiq edilir.
* Yaşı 18-dən yuxarı olan, son 2 ildə göstəricilər 0,50 dioptridən çox irəliləməyən və ya geriləməyən, buynuz qişa quruluşu uyğun olan şəxslərə tətbiq oluna bilər.
* 8 dərəcəyə qədər miopiya, 6 dərəcəyə qədər astiqmatizm, 4 dərəcəyə qədər hipermetropiya lazerlə sıfırlana bilər.
Gözün lazerə uyğun olduğunu necə bilmək olar?
Lazerin uyğunluğunu müəyyən etmək üçün bir çox mühüm müayinələr aparılır. Əvvəlcə gözün buynuz qişasının xəritəsi hazırlanır, sonra paximetriya ölçüləri aparılır. Paximetriya ilə buynuz qişanın qalınlığı ölçülür. Yekun müayinə isə fərdiləşdirilmiş wavefront-dur. Bu müayinələr ilə müalicə nəticəsi ilə uyğunluq proqnozlaşdırılır və insanın göz quruluşuna ən uyğun müalicə tövsiyə edilir.
Lazerdə tətbiq olunan üsullar hansılardır?
Xəstənin göz quruluşundan asılı olaraq fərdi müalicə üsulları təklif olunur. Uyğun buynuz qişa quruluşuna malik xəstələrə iLASIK üsulları tövsiyə edilərkən, bəzi xəstələrə buynuz qişanın incəliyinə görə PRK üsulu tətbiq oluna bilər. Bu əməliyyat üçün ideal buynuz qişa qalınlığı lazımdır. Çoxlu analizlər edildikdən sonra ətraflı müayinə ilə əməliyyat qərarı verilməlidir. Bu əməliyyatlarda xəstəyə doğru müalicə növünün tətbiqi çox əhəmiyyətlidir.
Lazer müalicəsində yenilik varmı?
Bir vaxtlar bıçaqla edilən müalicə dövrünün indi tarixə çevrildiyini deyə bilərik. Bıçaqsız həyata keçirilən ən müasir femtosaniyə lazer və ilasik lazer əməliyyatları ilə əməliyyat zamanı problem riski çox azdır. Həmçinin, gecə görmə problemləri həll edildi. Məqsədli nömrə korreksiyasının təmin edilməməsi kimi risklər aradan qalxdı. 20 ilin sonunda gəldiyimiz nöqtədə lazer texnologiyaları çox inkişaf edib. Bu gün biz bıçaqsız texnologiyanın ən son üsulu olan 5-ci nəsil 150 Hz texnologiyası ilə işləyirik. Bu, əldə etməyi hədəflədiyimiz nəticə baxımından bizə böyük məmnunluq verir.
Fərdi müalicə üsulu nədir?
Fərdi müalicə üsulu iLASIK wavefront və Femtosaniyə texnologiyasını birləşdirən müalicə üsuludur. Hər bir insanın göz quruluşu barmaq izi kimi fərqlidir. İLASIK metodu insandan insana olan fərqləri nəzərə alır və göz quruluşuna görə müalicəni planlaşdırır. NASA və Amerika ordusu tərəfindən təsdiqlənmiş lazer texnologiyasıdır.
Lazım gələrsə, gələcəkdə lazer əməliyyatı keçirən şəxs yenidən əməliyyat oluna bilərmi?
Əməliyyatın təkrarlanması lazım olduqda, göz göstəricələri uyğun olarsa, şəxsə yenidən lazer tədbiq oluna bilər. Bundan əlavə, lazer əməliyyatı olunan insanların yaşa dolduqca katarakt əməliyyatı etdirmələrinə heç bir maneə yoxdur. Gözün orta təbəqəsinə lazer tətbiq edilərkən, gözün ön hissəsinə katarakta əməliyyatı edilir.
Lazer olunan insanın gözluk nömrəsinin geri qayıtması riski varmı?
Lazer müalicəsi olan xəstənin göz nömrələri irəliləmir. Həkimin əməliyyatın müvəffəqiyyəti ilə bağlı bir fikri varsa, əməliyyatdan əvvəl ətraflı müayinə zamanı xəstədə qala biləcək göz nömrəsi haqqındə xəstəni məlumatlandırır. Yenidən lazer tələb olunduğu hallarda prosesin təkrarlanmasına heç bir maneə yoxdur.
Ciddi problemlər yarada bilərmi?
Hal-hazırda ən son texnologiyaların istifadəsi ilə qorxacaq bir şey yoxdur. Çünki heç bir iynə və tikişlər istifadə edilmir. Ümumi anesteziya verilmir. Yalnız göz damcılarının anesteziyası ilə anesteziya edilməsi ilə prosedur çox qısa müddətdə tamamlanır. Ən böyük qorxulardan biri də “Gələcəkdə katarakta kimi problemim olsa, müalicə oluna bilərəmmi?” sualıdır. Lazer heç bir göz xəstəliyinə səbəb olmur və gələcəkdə baş verə biləcək bir xəstəliyin müalicəsinə təsir etmir. Gözün tanınmasının müasir sistemi 'qüzehli qişa qeydiyyatı' sistemi xətaların qarşısını alır. Göz hərəkətlərini 3 ölçüdə izləyən eye-tracker kilidləmə sistemi ilə müalicə həssas və təhlükəsiz şəkildə həyata keçirilir.
Qutu...
Çox yüksək rəqəmlərə
Billur əməliyyatı
ICL müalicəsi nədir?
Lazerin düzəldə bilmədiyi çoxyüksək göz dərəcələri müalicə edir. ICL göz daxili linzaları 18-50 yaş arası miyopiyası, hipermetropiyası və astiqmatizmi olan bütün şəxslərə tətbiq oluna bilər. 50 yaşdan yuxarı xəstələrdə yaşla bağlı yaxın görmə problemləri yarana biləcəyi üçün başqa linzalar tövsiyə olunur.
Üstünlükləri nələrdir?
* Lazer müalicələrində buynuz qişa toxuması qasınılır. İCL (Implantable Contact Lens) müalicəsində xəstənin öz billuru göz daxili linzaları ilə buynuz qişaya zərər vermədən əvəz olunaraq miyopiya, hipermetropiya və astiqmatizm müalicə olunur.
* Buynur qişa toxuması götürülmədiyi üçün görmə keyfiyyətinin daha yaxşı olduğunu söyləmək mümkündür.
* Ən əhəmiyyətli üstünlüyü geri dönüşlü bir üsul olmasıdır. Lazım gələrsə, göz daxili linzalar çıxarıla və başqa bir linza ilə əvəz edilə bilər.
Əməliyyat nə qədər zaman aparır?
Bu əməliyyatlar damcı anesteziyası və ya ümumi anesteziya ilə edilə bilər. Burada xəstənin istəyi də önəmlidir. Gözə 2-2,5 mm kəsiklə linza yeridilir. Əməliyyat 5-6 dəqiqə çəkir. Əməliyyatdan sonra göz daxii təzyiqə nəzarət etmək üçün xəstə bir neçə saat müşahidə altında saxlanılır. Daha sonra evə buraxılır. Ağrı və tikiş olmadığı üçün xəstə ertəsi gün normal həyatına qayıdır. Katarakta əməliyyadında olduğu kimi damcılar təyin edilir. 30 günün sonunda xəstə nəzarətə çağırılır.
Ünvan: Bakı,Səbayıl rayonu, Mikayıl Hüseynov küçəsi 39
Telefon: 012 404 44 69
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat sonra
- 33 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 40 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
1 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
3 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
3 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
