"Azərbaycanda məhsulların gömrük rüsumlarının dərəcələri dəyişməyib" - AÇIQLAMA
Azərbaycanda idxal və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilməyib.
Bunu Dövlət Gömrük Komitəsindən (DGK) Nazirlər Kabinetinin 2022-ci ilin 7 aprel tarixli 147 nömrəli Qərarına şərh edərkən bildirilib.
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2022-ci ilin aprelin 7 tarixli 147 nömrəli Qərarı yanlış şərh edilərək hansısa məhsulların gömrük rüsumlarının dərəcələrinin artırılıb və ya azaldılması ilə bağlı məlumatlar verilir.
Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya əsasən Harmonikləşdirilmiş Sistemdə mövcud uyğunsuzluqların, çatışmazlıqların aradan qaldırılması, həmçinin yeni mal mövqelərin sinifləşdirilməsi məqsədilə Ümumdünya Gömrük Təşkilatının Harmonikləşdirilmiş Sistem Alt Komitəsinin iclaslarında üzv ölkələrin, beynəlxalq təşkilatların və müstəqil ekspertlərin iştirakı ilə dəyişikliklər və düzəlişlər edilməklə yeni versiya nəşr edilir", - DGK-dan bildirilib.
Məlumata görə, 2022-ci ildən Ümumdünya Gömrük Təşkilatının üzv dövlətlərində tətbiq edilməsi nəzərdə tutulan Harmonikləşdirilmiş Sistemin (HS) 2022-ci il variantı (7-ci nəşr) Gömrük Əməkdaşlıq Şurasının 2019-cu ilin 28 sentyabr tarixli Tövsiyəsinə uyğun olaraq təsdiq edilib: “HS 2022 – dünya ticarətinin strukturundakı, həmçinin sosial və ekologiya məsələləri üzrə qlobal dəyişikliklər nəzərə alınmaqla növbəti 5 illik dövrü əhatə edərək 351 yarımmövqe üzrə düzəlişi özündə əks etdirir. “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodların Beynəlxalq Harmonik Sistemin 2022-ci il variantına uyğunlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Baş nazir tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Qərar imzalanıb. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir”.
Həmçinin bildirilir ki, qərarda Azərbaycanın Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 2-ci (yeyilə bilən, canlı olmayan həşəratlar), 3-cü (balıqlar), 4-cü (yoqurtlar), 7-ci (göbələklər), 12-ci (toxumlar),15-ci (yağlar və piylər), 16-cı (həşəratlardan hazır məhsullar), 20-ci (şirələr), 22-ci (alkoqolsuz içkilər), 24-cü (tütün məmulatları), 28-ci ( radiaktiv izotoplar), 29-cu (karbohidrogenlərin törəmələri), 30-cu (dərmanlar), 32-ci (boyayıcı preparatlar), 34-cü (səthi-aktiv maddələr), 38-ci (kimyəvi məhsullar), 44-cü (oduncaq məmulatları), 57-ci (döşəmə örtükləri), 62-ci (pambıq ipliyindən məmulatlar), 68-ci (karbon liflərdən parça), 70-ci (şüşə lifindən hazırlanmış məmulatlar), 71-ci (almazlar), 74-80-ci (əlvan metallar), 84-cü (avadanlıqlar, qurğular və robotlar), 85-ci (elektrik avadanlıqlar və led panellər), 87-ci (nəqliyyat vasitələri), 88-ci (pilotsuz uçan avadanlıqlar), 89-cu (qayıqlar və katerlər), 90-cı (lazer diodları və cihazlar), 94-cü (döşək, çarpayı və mebellər), 95-ci (əyləncə və su parkı attraksionları), 97-ci ( incəsənət əsərləri və əntiq əşyalar) mal qruplarında müvafiq dəyişikliklər və düzəlişlər edilmiş, müxtəlif mal mövqeləri üzrə kodlar Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasına uyğunlaşdırılıb:
"Eyni zamanda bildiririk ki, sözügedən sənəddə gömrük rüsum dərəcələrində dəyişikliklər həyata keçirilməyib: “Harmonikləşdirilmiş Sistemin 2022-ci il versiyasının Azərbaycanda tətbiqi xarici ticarət əməliyyatları üzrə statistik məlumatların şəffaflığının artırılmasına, yeni texnologiyaların və nou-hauların tətbiqi nəticəsində yaradılmış malların beynəlxalq ticarətin strukturunda etdiyi qlobal dəyişikliklər nəzərə alınmaqla ticarətin asanlaşdırılmasına və bütövlükdə gömrük-biznes əlaqələrinin optimallaşdırılması prosesinə təkan verəcək”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
Report
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
23 d. əvvəl
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
- 32 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Tamstore” geniş işə qəbula başladı - Yaş həddi 55-dəkdir, orta təhsil kifayətdir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
Bakı və Praqa iqtisadi əməkdaşlığı gücləndirməyə hazırlaşır
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Rəsmi məzənnələr açıqlandı
Tramp: Razılaşma olmasa, İranı məhv edə bilərəm
“Invest-AZ”dan böyük yenilik – Treydinq tətbiqə gətirildi
İran aviaşirkətlərinin Azərbaycana uçuşları müvəqqəti dayandırılıb
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub


















