Türk lirəsinin ucuzlaşması davam edir - REKORD YENİLƏNİB
Türk lirəsinin (TL) dollar qarşısında ucuzlaşması davam edir. Dollar/TL məzənnəsi rekord yenilənib.
Marja xəbər verir ki, Dollar/TL məzənnəsi 18,54 səviyyəsini də keçərək 18,5420 lirəni görüb. Bu gün Türk lirəsi dollar qarşısında 0,5% də dəyər itirib.
Əsasən, Türkiyə Mərkəzi Bankın faiz endirməsi, qlobal bazarlarda dolların bahalaşması ilə əlaqədar olaraq Türk Lirəsi dəyər itirir.
Türk Lirəsi aprelin sonundan bu yana 20,5%, ilin əvvəlindən 29%, son bir ildə isə 55% dəyər itirib. Ötən il türk lirəsi 40 faizdən çox dəyərini itirib.
Qlobal bazarlarda dollar rubl kimi bir-iki valyuta istisna olmaqla, demək olar ki, bütün dünya valyutaları qarşısında dəyər qazanır.
Dollar indeksi 114,58 ilə 2002-ci ilin mayından bu yana ən yüksək səviyyəsinə çatıb. Funt 1,0327 dollara qədər tarixi minimuma düşdüyü halda, avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsini görüb və 0,95 dollar səviyyələrindədir.
Qlobal böhran narahatlıqları mərkəzi bankların faiz artırmalar ilə güclənib, xüsusən də Avropada enerji təchizatı problemləri narahatlıqları artırır. İxracının təxminən yarısını Avropa ittifaqına həyata keçirən Türkiyə bazarında Avropa iqtisadiyyatının vəziyyəti və məhsullara tələbi diqqətlə izlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
23 saat sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 d. əvvəl
-
12 d. əvvəl
“Coca-Cola Azərbaycan”ın da daxil olduğu şirkət maliyyə nəticələri açıqlayıb
- 24 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan neftinin son qiyməti
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib























