Bu gün Avronun qiyməti üçün kritik qərar açıqlanacaq
Qlobal bazarların gözü Avropa Mərkəzi Bankındadır. Bəs bazarlar nə gözləyir?Bu gün Bakı vaxtı ilə saat 16:15-də Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Marja xəbər verir ki, iqtisadçılar bankın faizini yenidən 0,75 bənd artıraraq 1,50%ə çatdıracağını gözləyirlər. Hazırda AMB-nin əsas faizi 0,75% səviyyəsindədir.
Avro və dollar yenidən bərabərləşib. Avropa Mərkəzi Bankının faiz qərarı avronun kursu üçün kritikdir.
Bazarlarda, faiz qərarından sonra, Bakı vaxtı ilə saat 16:45-də başlayacaq mətbuat konfransında Avropa Mərkəzi Bankının sədri Christine Lagarde tərəfindən veriləcək mesajlar diqqətlə izlənəcəkdir.
ECB-nin faiz dərəcələrini yüksək sürətlə artırb-artırmayacağı müzakirə mövzusudur. Faizlərin artması iqtisadi inkişafı ləngidir, tənəzzül riskini artırır. Digər tərəfdən, AMB yüksələn inflyasiyanı aşağı salmaqda qərarlıdır.
Bəzi iqtisadçıların fikrincə, dekabr ayında faizin artırılması tempi 0,50 bəndə qədər azalacaq.
Faiz dərəcələrinin artması, banklara nağd pullarını AMB-də saxlayaraq qazanc əldə etmək imkanı yaratdı. ECB-nin bu vəziyyətə qarşı da addım atacağı gözlənilir.
Bundan əlavə, sentyabr iclasından sonra ECB üzvləri təxminən 5 trilyon avroluq balansın kiçildilməsi prosesini də müzakirə etməyə başlayıblar. İqtisadçılar balansın azaldılmasının 2023-cü ilin üçüncü rübündə başlayacağını gözləyirlər.
Dolların bahalaşması ilə 0,9550-ə enərək, son 20 ilin ən aşağı səviyyəsinə düşən Avro/Dollar məzənnəsi bu gün 1.0094 səviyyəsinədək yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 13 d. əvvəl
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















