1 milyard manata yaxın əməliyyat mənfəəti - BANK SEKTORUNUN GÖSTƏRİCİLƏRİ AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı bank sektoru üzrə əsas göstəriciləri açıqlayıb.
· 30 sentyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 481, şöbələrinin sayı 93, ATM-lərin sayı 2964 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% (169 nəfər) artaraq 22116 nəfər təşkil etmişdir.
· Fəaliyyətdə olan bankların cəmi aktivləri 43 milyard 633.4 milyon manat, cəmi öhdəlikləri 38 milyard 288.3 milyon manat, balans kapitalı 5 milyard 345.1 milyon manat olmuşdur. 2022-ci ilin sentyabr ayında bankların cəmi aktivləri və balans kapitalı 2.9%, cəmi öhdəlikləri müvafiq olaraq 3.1% artmışdır. Sektorun aktivlərinin 40.8%-i (10 milyard 460.5 milyon ABŞ dolları ekv.), öhdəliklərinin isə 45%-i (10 milyard 126.7 milyon ABŞ dolları ekv.) xarici valyutadadır.
· Kredit portfelinin artım trendi sentyabr ayında da davam etmişdir. Bankların kredit portfeli sentyabr ayında 2.8% (518.5 milyon manat) artaraq 19 milyard 157.2 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10 milyard 780.9 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 9 ayında bankların kredit portfeli 15% və ya 2 milyard 498.1 milyon manat artmışdır.
· Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.3% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.9 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.2 faiz bəndi azalmışdır.
· Öhdəliklərin strukturunda depozit portfeli ənənəvi olaraq üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 31 milyard 373.7 milyon manat. Depozit portfeli sentyabr ayında 3.1% (936.5 milyon manat) artmışdır. Depozit portfelinin 65%-ni hüquqi şəxslərin depozitləri, 35%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
· Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 3.4% (361 milyon manat) artaraq 10 milyard 993 milyon manat təşkil etmişdir. Əmanət portfelinin 54.3%-i (5 milyard 964.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 992.3 milyon manat olmaqla (ay ərzində artım 3.4% və ya 590.3 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (20 milyard 380.7 milyon manat) 88.3%-ni təşkil etmişdir.
· Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki aya nəzərən 0.5 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 4.4 faiz bəndi azalaraq 39.2% təşkil etmişdir.
· 2022-ci ilin 9 ayında banklar 683.2 milyon manat xalis mənfəət, 976.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 157 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir (ötən ilin müvafiq dövri ilə müqayisədə 67% və ya 63.2 milyon manat daha çox).
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
3 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 18 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
- 1 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: “İranla müharibə tezliklə bitəcək, neftin qiyməti kəskin düşəcək”
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
Tarixi razılaşma imzalandı: Çin və İsveçrə gömrük rüsumlarını ləğv edir – Məhsulların 99,8%-nə güzəşt
"Moody's": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir – İnvestisiyalar 220 milyard dollara çatır
İki investisiya fondu ödəniş nəhəngini almaq istəyir – 40 milyard dollarlıq satınalma






















